San-Antonio Universiteti

San-Antonio UniversitetiTexas ştatının (ABŞ) San Antonio şəhərində yerləşən ictimai tədqiqat universiteti. Universitet San Antonionun ən böyük universitetdir. Burada 34 000-dən çox tələbə təhsil alır.[4][5]

San Antoniodakı Texas Universiteti
Loqonun şəkli
Xəritə
29°35′24″ şm. e. 98°37′12″ q. u.HGYO
Əsası qoyulub 1969[1]
Tələbə sayı 34.742[2]
Ölkə
Sayt utsa.edu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Universitet "R1: Doktorantura — Yüksək Tədqiqat Fəaliyyəti" kateqoriyasına aiddir[6] və 170-dən çox dərəcə variantları təklif edir.[7][8][9]

1969-cu ildə qurulan universitet, Texasda tələbə sayına görə üçüncü ən böyük təhsil müəssisəsi oldu. Universitetin yerli iqtisadiyyata təsiri 1,2 milyard dollardır.

San Antonio Universitetinin rəsmi açılışı 5 iyun 1969-cu ildə 61-ci Texas Qanunverici orqanının qərarıyla, Qubernator Preston Smith tərəfindən imzalanmışdır.[10][11][12]

1970-ci illərin sonlarında bakalavrmagistratura pilləsi üzrə tələbə qəbulu 9400 nəfər təşkil edirdi.[13]

1986-cı ildə San-Antonio Universiteti ştatda multikultural təhsil mərkəzi olan Texas Mədəniyyətləri İnstitutunu kampus kimi aldı.[14] Həmən il ərzində həm universitet mərkəzi, həm də universitetin kampusdakı ilk yaşayış kompleksi olan Şişolm Hall açıldı.[14]

1994-cü ildə ABŞ Təhsil Departamenti universiteti İspan Xidməti Təşkilatı (İXT) olaraq təyin etdi.[15]

2000-ci ildə universitet milli nüfuzunu və seçiciliyini kəskin şəkildə artırmaq üçün uzunmüddətli kampaniyaya başladı. 2007-ci ildə bu kampaniya üçün bələdçi kimi və qurumun gələcək inkişafını istiqamətləndirmək üçün “Master Plan” yaradılmışdır.

Akademik strukturu

[redaktə | mənbəni redaktə et]
2013-cü ilin açılış tədbirini izləmək üçün Alamodo stadiomunda 40.000-dən çox tamaşaçı toplaşıb.[16]

San-Antonio Universiteti 66 bakalavr, 68 magistr və 25 doktorantura proqramı təklif edən doqquz kollecdən ibarətdir:[7]

  • Alvarez Biznes kolleci
  • Təhsil və İnsan İnkişafı kolleci
  • Mühəndislik və İnteqrasiya Mühəndislik kolleci
  • Fəxri kolleci
  • Gözəl Sənətlər kolleci
  • Səhiyyə, Cəmiyyət və Siyasət kolleci
  • Elm Kolleci
  • Universitet kolleci

Bütün proqramlar Cənub Kolleclər və Məktəblər Assosiasiyası tərəfindən tam akkreditə olunub və San-Antonio Universiteti Kollec Biznes Məktəblərini İnkişaf etdirmək Assosiasiyası tərəfindən təyin olunub.

Elm kolleci, San Antoniodakı Cənub-Qərb Tədqiqat İnstitutu, Texas Biotibbi Tədqiqat İnstitutu və YT Health-San Antonio kimi digər aparıcı tədqiqat institutları ilə əməkdaşlıq edir.[17]

2005-ci ildən San-Antonio Universiteti və Cənub-Qərb Tədqiqat İnstitutu kosmik fizikaya yönəlmiş birgə doktorluq proqramını dəstəkləyir.[18]

Universitet Milli Təhlükəsizlik Agentliyinin azsaylı üzvlərindən biridir.[19]

İspan dilinə xidmət müəssisəsi mükafatını qazanan San-Antonio Universiteti 2020-ci ildə "Excelencia in Education's Seal of Excelencia" mükafatının sahibi oldu.[20]

Universitetin tələbə və məzunları Ford Xeyriyyə təqaüdü,[21] Milli Elm Fondu təqaüdü, Barri Qoldoter və Təhsildə Mükəmməllik Fondu təqaüdü[22] və Fulbrayt təqaüdü kimi nüfuzlu təqaüdlərə layiq görülmüşlər.[23]

2021-ci ildə San-Antonio Universiteti Karnegi Mellon Universiteti, Miçiqan Universiteti, Massaçusets Texnologiya İnstitutuHarvard Universiteti kimi digər milli universitetlərə qoşularaq dörd Barry Goldvter təqaüdü alan yeganə universitet oldu.[24]

Universitet tərəfindən 2018-ci ilin noyabrında başlayan İnsan Sağlamlığı Təşəbbüsü proyekti 2019-cu ildə insan sağlamlığının yaxşılaşdırılmasına həsr olunmuş innovativ yeni kollec kimi Səhiyyə, İcma və Siyasət kolleclərinin yaradılmasına səbəb oldu.[25][26]

  • Alvarez Biznes kolleci
  • Məlumat Elmləri məktəbi
  • Təhsil və İnsan İnkişafı kolleci
  • Klesse Mühəndislik və İnteqrasiya Dizayn kolleci
  • Sağlamlıq, İcma və Siyasət kolleci
  • Fəxri kolleci
  • Liberal və Gözəl Sənətlər kolleci
  • Elmlər kolleci
  • Universitet kolleci
San-Antonio Universiteti Biotexnologiya və Mühəndislik Binası

U.S. News & World Report jurnalı San-Antonio Universitetini bütün bakalavr və magistr proqramlarına malik olan və təməlqoyucu tədqiqatlar hazırlamağa sadiq olan milli universitetlər arasında sıralayır.[27]

San-Antonio Universiteti Times Higher Education tərəfindən 2012, 2014, 2016, 2017, 2018, 2019 illərdə 50 yaşdan kiçik olan ən yaxşı universitetlərdən biri kimi tanınıb.[28]

2014-cü ildə Hewlett-Packard (HP) üçün Ponemon İnstitutu tərəfindən sertifikatlaşdırılmış informasiya texnologiyaları təhlükəsizliyi mütəxəssisləri arasında keçirilən milli sorğuya görə San-Antonio Universiteti ölkədə ən yaxşı kibertəhlükəsizlik proqramı kimi qiymətləndirilib.[29]

2016-cı ildən etibarən universitet kibertəhlükəsizlik üzrə məzun proqramları Karnegi Mellon Universitetinin ən yaxşı proqram olduğu ölkədə ilk iki sırada yer alır.[30]

San-Antonio Universitetinin onlayn kibertəhlükəsizlik proqramı Texas ştatında birinci yerdə qərarlaşıb.[31]

Universitetinin MBA proqramı 1-ci səviyyəli qlobal MBA proqramı hesab olunur.[32]

Princeton Review jurnalı Alvarez Biznes Kollecinin MBA proqramını kampusda ən yaxşı MBA proqramı adlandırıb.[33]

Biotexnologiya, Elmlər və Mühəndislik kampusu
Əsas Kampus Vest Paseo: solda ikinci Tələbə Birliyinin binası, məsafədə Çağırış Mərkəzi və sağda Tələbə İttifaqı binası.

Universitetin Əsas kampusu 1975-ci ildə açılıb. Bu kampus üçünün ən qədimi və ən böyüyüdür.[34]

2014-cü ildə hazırda kompüter elmləri və kibertəhlükəsizlik laboratoriyaları və sinif otaqlarının yerləşdiyi "Yeni" Şimali Paseo Binasında (ŞPB) tikinti tamamlandı.

ŞPB-da həmçinin İnfrastruktur Təminatı və Təhlükəsizliyi Mərkəzi (İTTM), İnformasiya və İnfrastruktur Təhlükəsizliyi üzrə Təhsil və Tədqiqat Mərkəzi və Kibertəhlükəsizlik İnstitutu yerləşir.[35]

Mərkəzi kampus (Dountoun)

[redaktə | mənbəni redaktə et]
Mərkəzi kampus.

Dountoun şəhərciyində Mühəndislik və İnteqrasiya Mühəndislik Kolleci, Sağlamlıq, İcma və Siyasət Kolleci, Təhsil və İnsan İnkişafı Kollecinin bəzi fakültələri yerləşir.[36]

2009-cu ildə yeni Keramika studiyasının təməli qoyuldu və iki bitişik Elm binası 24 milyon dollara təmir edildi. 83 milyon dollar dəyərində olan Tətbiqi Mühəndislik və Texnologiya binası də öz qapılarını 2009-cu ildə açdı. 2010-da universitet şəhərciyində ölkənin ilk kitabsız, Elektron kitabxanası açıldı.[37]

Hemisfair kampusu

[redaktə | mənbəni redaktə et]
Alamodomeda olan Texas Mədəniyyət İnstitutu.

San Antonio şəhərinin mərkəzində tikilən 182,000 kv.m.-lik Hemisfair kampusunda, Texas pavilyonunda yerləşən Texas Mədəniyyət İnstitutu (TMİ) — universitetin üçüncü filialı sayılır. O, həm universitet arxivlərini, həm də 3 milyondan çox təsvirdən ibarət tarixi fotoşəkillər toplusunu özündə birləşdirən tarixi tədqiqatlar üçün dəyərli mənbə rolunu oynayır.[38] Burada Texasın müxtəlif mədəniyyətlərini qeyd edən illik tədbir olan Texas Xalq Festivalı keçirilir.

2010-cu ildə TMİ rəsmi olaraq Smitsonian İnstitutunun filialı olmaq üçün müqavilə imzalayıb. Smithsonian filialı olaraq, institut məruzə, seminar və proqramlar kimi geniş resursların çoxuna çıxış əldə edir.[39]

ITC-nin maliyyəsi qanunvericilik, tədbirə qəbul haqları, qrantlar və xeyriyyə vəsaitlərindən gəlir.[39]

Cənub-Qərb Kampusu

[redaktə | mənbəni redaktə et]
Cənub-Qərb kampusunun çay tərəfdən görünüşü

Cənub-Qərb Kampusu San Antonio şəhərinin mərkəzində San Antonio çayı üzərində yerləşir. "Şəhər oazisi" hesab edilən kampus 165 ildən artıqdır ki, təhsil yeridir. 1851-ci ildə açılan bina əvvəl Ursulin Monastırı və Akademiyası kimi tanınırdı İndi kampus San-Antonio Universitetinin İncəsənət Məktəbinin bir hissəsinə ev sahibliyi edir.[40]

Park Vest kampusu

[redaktə | mənbəni redaktə et]

Əsas kampusdan 2 mil qərbdə yerləşən 125 hektarlıq Park Vest kampusu hazırda universitetin Roadrunners futbol komandasına ev sahibliyi edir. Park Vest həm də ictimai idman tədbirləri üçün yerdir.[41]

Araşdırmaları

[redaktə | mənbəni redaktə et]

Araşdırma Mərkəzləri və İnstitutları

[redaktə | mənbəni redaktə et]

San Antoniodakı Texas Universiteti "R1: Doktorantura - Çox Yüksək Tədqiqat Fəaliyyəti"[42] və "Texas reytinqli" bir qurum kimi təsnif edilir[43]

Universitet 2021-ci maliyyə ilində tədqiqat xərcləri üçün 140 milyon dollar xərcləyərək yeni rekorda çatdı.[44][45][46] Universitet tələbələri və müəllimləri bir çox fənlərarası təhsil sahələrində qabaqcıl tədqiqatlar aparırlar. Tədqiqat mükəmməlliyinin müəyyən edilmiş sahələrinə qabaqcıl materiallar, hesablamalar, kibertəhlükəsizlik və məlumat analitikası, inteqrativ biotibb, sosial və təhsil dəyişiklikləri, davamlı icmalar və kritik infrastruktur daxildir.[47]

2014-cü ilin aprelində San-Antonio Universiteti və Microsoft arasında üç illik tərəfdaşlıq elan edildi. Müqavilənin məqsədi məlumat mərkəzlərinin enerji və iqtisadi səmərəliliyini artırmaq üçün davamlı texnologiyaların tədqiqi və inkişafıdır.[48]

San Antonio Universiteti Curtis Vaughan Jr. Rəsədxanası,[49] NASA və NSF adından dünya səviyyəli astronomik rəsədxanaları idarə edən ABŞ institutları və beynəlxalq filiallardan ibarət konsorsiumu olan Astronomiya Tədqiqatları üzrə Universitetlər Assosiasiyasının (AURA) üzvüdür.

2007-ci ildə Akademic Analitiks tərəfindən yayımlanan araşdırmada universiteti elmi məhsuldarlığa görə Texas ştatının digər böyük tədqiqat universitetləri arasında beşinci yerdə olduğunu göstərdi.[50]

Tədqiqatlar üzrə Vitse-Prezident ofisi universiteti cəmiyyətinin tədqiqat, akademik və yaradıcılıq nailiyyətlərini işıqlandırmağa həsr olunmuş illik "Discovery" jurnalını nəşr etdirir.[51] Jurnal universitetlərin elmi nəşrləri arasında mükəmməlliyi təbliğ edən təşkilat kimi Universitet Araşdırma Jurnalları Assosiasiyasının üzvüdür.[51][52]

Universitet və Microsoft arasında üç illik tərəfdaşlıq 2014-cü ildə elan edildi. Razılaşmanın məqsədi məlumat mərkəzlərinin enerji və iqtisadi səmərəliliyini artırmaq üçün davamlı texnologiyaların tədqiqi və inkişafıdır.[53]

2013-cü ildə San-Antonio Universiteti orta məktəb tələbələri üçün Facilitated Admission to Medical Education (FAME) adlı sürətləndirilmiş tibbi proqram qurdu. Qəbul edilmiş tələbələr universiteti üç illik bakalavr təhsilini başa vurduqdan sonra İT Health-San Antonio-ya daxil olurlar.[54]

2019-cu ilin dekabrında universitet orta və aşağı gəlirli texaslı ailələrdən gələn birinci kurs tələbələrinə yüksək keyfiyyətli, sərfəli təhsil təklif edən Bold Promise proqramını qurdu.[55] Kriteriyalara cavab verən tələbələr 4 il müddətində 100% təhsil haqqından azad olurlar. Xərclər təqaüdlər, qrantlar və ya federal, əyalət və institusional fondlar tərəfindən ödənilir.[56][57]

2013-cü ilin payızında başlanmış Top Scholar proqramı, yüksək nailiyyət əldə edən tələbələr üçün qlobal imkanlar da daxil olmaqla, akademik, liderlik və xidmət sahələrində dörd illik təqaüdü birləşdirən alimlər üçün əsas proqramdır.[58]

Süni intellekt və MD üzrə ikiqat dərəcə
[redaktə | mənbəni redaktə et]

ABŞ-da tibb və süni intellekti birləşdirən ilk ikili diplom olaraq tibb tələbələri IT Health SA Long Tibb Məktəbində dörd il və San-Antonio Universitetində bir il təhsil alaraq süni intellekt üzrə tibb elmləri doktoru və magistr dərəcəsi qazanacaqlar.[59][60]

Roadrunners — tələbə idman proqramı.

San-Antonio Universiteti San Antonio şəhərinin yeganə NCAA Division I FBS qurumudur və hazırda Amerika Atletik Konfransının (AAK) üzvüdür. Roadrunners — beysbol, kişi və qadın basketbolu, kişilər və qadınlar arasında kros, futbol, ​​kişi və qadın qolfu, qadın futbolu, voleybol, kişi və qadın tennisi, kişi və qadınların qapalı və açıq havada yüngül atletika yarışları da daxil olmaqla 17 universitetlərarası idman növündə yarışır.[61]

San-Antonio Universiteti komandasının Alamodome stadionunda ilk oyunu

Futbol universitet yarandığı gündən universitet cəmiyyətində həmişə böyük söhbət mövzusu olmuşdur.[62][63] Futbol komandası oyunlarını San Antonio şəhərinin mərkəzindəki 65,000 yerlik Alamodome stadionunda keçirir.

Tanınmış məzunları

[redaktə | mənbəni redaktə et]
  1. https://www.utsystem.edu/about/history-university-texas-system.
  2. Integrated Postsecondary Education Data System. 1992.
  3. 1 2 Global Research Identifier Database (ing.). 2015.
  4. "Arxivlənmiş surət". 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-26.
  5. https://web.archive.org/web/20191207195702/http://www.utsa.edu/ir/content/dashboards/student-demographics.html
  6. https://web.archive.org/web/20180925025453/http://carnegieclassifications.iu.edu/lookup/view_institution.php?unit_id=229027
  7. 1 2 "UTSA Degrees Offered-Office of Institutional Research-The University of Texas at San Antonio". Utsa.edu. December 20, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 19, 2018.
  8. "Fact Book-Office of Institutional Research-The University of Texas at San Antonio". Utsa.edu. September 27, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 19, 2018.
  9. "Explore UTSA". UTSA Admissions (ingilis). 2023-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
  10. "2012–2013 Information Bulletin Arxiv surəti 23 avqust 2019 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2019-08-23 at the Wayback Machine". UTSA. Retrieved November 15, 2012.
  11. "UTSA Uncovered: History". September 6, 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 28, 2008.
  12. "A Guide to the UTSA General Information and University History Collection, 1967–2009 Arxiv surəti 26 oktyabr 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-10-26 at the Wayback Machine". UTSA Special Collections. Retrieved November 15, 2012
  13. https://web.archive.org/web/20170218200319/http://www.utsa.edu/about/history/timeline.html
  14. 1 2 "Arxivlənmiş surət". 2024-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-26.
  15. "Arxivlənmiş surət". 2023-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-26.
  16. "UTSA moves graduation to Alamodome". KSAT 12. Retrieved May 16, 2013.
  17. "Industry Partnerships – UTSA – University of Texas at San Antonio". Research.utsa.edu. November 24, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 19, 2018.
  18. "Academic Highlights Arxiv surəti 18 fevral 2017 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2017-02-18 at the Wayback Machine". The University of Texas at San Antonio. Retrieved May 17, 2013.
  19. "NSA designates UTSA a National Center of Academic Excellence in Cyber Operations". www.utsa.edu (ingilis). June 5, 2018. June 14, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 28, 2020.
  20. "2020 Seal of Excelencia". Excelencia in Education (ingilis). February 12, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 23, 2021.
  21. "Directory of Ford Foundation Fellows". nrc58.nas.edu. September 12, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 12, 2021.
  22. "2021 Goldwater Scholars listed by Institution State | Barry Goldwater". goldwaterscholarship.gov (ingilis). March 26, 2021. September 12, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 12, 2021.
  23. "Top Producing Institutions By Year". topproducing.fulbrightonline.org. September 12, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 12, 2021.
  24. "Four UTSA students named Goldwater Scholars for research excellence". www.utsa.edu (ingilis). April 15, 2021. September 12, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 12, 2021.
  25. "UTSA to launch College for Health, Community and Policy". www.utsa.edu (ingilis). October 14, 2019. January 28, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 17, 2020.
  26. Donaldson, Emily. "UTSA to Launch College for Health, Community, and Policy in 2020". Rivard Report (ingilis). October 14, 2019. October 22, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 17, 2020.
  27. "2021 Best National University Rankings". U.S. News & World Report. February 23, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 29, 2020.
  28. "UTSA remains one of the top young universities in the world". www.utsa.edu (ingilis). July 2019. July 14, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 14, 2019.
  29. "UTSA cyber security programs ranked No. 1 in nation by security pros". www.utsa.edu. January 12, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 11, 2019.
  30. "UTSA cybersecurity graduate programs ranked among the very best in the nation by Universities.com". www.utsa.edu. January 12, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 11, 2019.
  31. "Intelligent.com lists UTSA among best online cybersecurity programs". www.utsa.edu (ingilis). December 28, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 28, 2019.
  32. "Academic Highlights". University of Texas at San Antonio. February 18, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 1, 2011.
  33. "Best Business Schools | The Princeton Review". www.princetonreview.com (ingilis). 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-23.
  34. https://web.archive.org/web/20120430210910/http://www.paisano-online.com/news/university-prepares-for-landmark-anniversary-1.776354#.Tr7xSVZAIhw
  35. "Arxivlənmiş surət". 2024-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-26.
  36. https://web.archive.org/web/20181230192257/http://www.utsa.edu/dtcampus/
  37. "Arxivlənmiş surət". 2024-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-26.
  38. "HemisFair Park Campus Arxiv surəti 7 aprel 2021 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2021-04-07 at the Wayback Machine". UTSA Master Plan. Retrieved July 8, 2012.
  39. 1 2 "About The Museum Arxiv surəti 19 noyabr 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-11-19 at the Wayback Machine". Institute of Texan Cultures. Retrieved December 8, 2012.
  40. "UTSA establishes School of Art as new home for studio art and art history majors". www.utsa.edu (ingilis). August 26, 2022. 2023-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
  41. "Campus Locations". www.utsa.edu (ingilis). April 11, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 14, 2021.
  42. "The University of Texas at San Antonio". Center for Postsecondary Research. 2020. September 25, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 8, 2021.
  43. "The University of Texas at San Antonio". Center for Postsecondary Research. 2020. September 25, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 8, 2021.
  44. Crum, Brooke. "UTSA earns designation as a top-tier research university". San Antonio Report (ingilis). December 16, 2021. January 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 20, 2022.
  45. "UTSA Knowledge Enterprise closes out a successful year". www.utsa.edu (ingilis). January 22, 2020. June 14, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 24, 2020.
  46. "UTSA Research Annual Report FY 2016" (PDF). January 28, 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: August 18, 2021.
  47. "About the Government-University-Industry Research Roundtable". www.nationalacademies.org. July 12, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 12, 2021.
  48. "UTSA Time Line". UTSA. The University of Texas at San Antonio. 2014. February 18, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 14, 2014.
  49. "Curtis Vaughan Jr. Observatory | UTSA Department of Physics & Astronomy". www.utsa.edu. October 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2021.
  50. UTSA ranks fifth in Texas research productivity Arxiv surəti 15 avqust 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib avqust 15, 2007, at the Wayback Machine, "UTSA Today", June 20, 2007.
  51. 1 2 "Discovery 2012, Volume 5 Arxiv surəti 28 dekabr 2019 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2019-12-28 at the Wayback Machine". The University of Texas at San Antonio. Retrieved November 29, 2012.
  52. "About URMA Arxiv surəti 5 noyabr 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-11-05 at the Wayback Machine". URMA. Retrieved November 29, 2012.
  53. "UTSA Time Line". UTSA. The University of Texas at San Antonio. 2014. February 18, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 14, 2014.
  54. "[1] Arxiv surəti 17 noyabr 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2015-11-17 at the Wayback Machine". URMA. Retrieved November 13, 2015.
  55. "UTSA Bold Promise". Future Roadrunner (ingilis). December 14, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 14, 2019.
  56. McBride, Ashley. "UTSA launches Bold Promise, free tuition program for Texas students". ExpressNews.com (ingilis). December 12, 2019. December 14, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 14, 2019.
  57. Moreno, Julie. "UTSA announces free tuition for thousands of Texans". KSAT (ingilis). December 12, 2019. August 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 14, 2019.
  58. "Home | UTSA Top Scholar Program". www.utsa.edu (ingilis). January 16, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 24, 2020.
  59. Ed, Lauren Coffey for Inside Higher. "UT San Antonio launches medical degree paired with AI master's". Times Higher Education (THE) (ingilis). 2023-09-25. 2023-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
  60. "UTSA, UT Health SA to merge medicine and AI in landmark program". www.bizjournals.com. İstifadə tarixi: 2023-10-04.
  61. "Home Arxiv surəti 11 aprel 2006 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2006-04-11 at the Wayback Machine". goUTSA.com. Retrieved December 4, 2012.
  62. "UTSA will not have football Arxivləşdirilib 2013-01-19 at Archive.today Arxivləşdirilib 2013-01-19 at Archive.today". Coker Chronicles. Retrieved November 21, 2012.
  63. "UTSA students pass athletics fee referendum Arxiv surəti 8 noyabr 2017 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2017-11-08 at the Wayback Machine". UTSA Today. Retrieved November 21, 2012.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]