San Martin de Mondonedo bazilikası

San Martin de Mondonedo bazilikası (qalis. Basílica de San Martiño de Mondoñedo) — İspaniyanın Qalisiya bölgəsində, Fos şəhərinin[1] yaxınlığında yerləşən qədim bazilika. Kilsə kimi istifadə olunmuşdur. İspaniyanın ən qədim kilsəsi hesab olunur. IX əsrdə iki yepiskop burada xidmət göstərmişdir.

San Martin de Mondonedo bazilikası
Basílica de San Martiño de Mondoñedo
Xəritə
43°33′42″ şm. e. 7°18′11″ q. u.
Ölkə İspaniya İspaniya
Şəhər Fos
Yerləşir Luqo, Qalisiya Qalisiya
Tikilmə tarixi IX-XII əsr
Üslubu Roman memarlığı
Vəziyyəti muzey
Rəsmi adı: Basílica de San Martiño de Mondoñedo
Kriteriyatarixi abidə
Təyin edilib1931
İstinad nöm.RI-51-0000716
San Martin de Mondonedo bazilikası (Qalisiya)
San Martin de Mondonedo bazilikası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bazilikanın tarixi IX əsrə qədər uzanır. Amma saysız sənədlər onun tarixini dəqiqləşdirməkdə çətinlik törədir. X əsrdə mövcud olması dəqiqdir. Bəzi nəzəriyyələrə görə bazilika bir neçə yepiskopun evi olmuşdur.

İndiki bazilika XI əsrə aiddir və Roman memarlığı üslubundadır. XVIII əsrdə dayaq-divarla möhkəmləşdirilmişdir. Bazilikadakı heykəlciklər o dövr üçün olan ibadətçilik haqqında məlumat verməkdədir. XVIXV əsrlərə aid divar rəsmləri hələ də saxlanılmışdır.

Bazilikada San Qonzalonun türbəsi yerləşir.

Hal-hazırda bazilikada muzey fəaliyyət göstərir. Muzeyə giriş pulsuzdur. Çərşənbə günündən bazar gününə qədər muzeyi ziyarət etmək mümkündür.[2]

1931-ci ildən bazilika İspaniya Mədəni Maraq Mülkiyyəti siyahısındadır.

  1. "Arxivlənmiş surət". 2016-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-17.
  2. "Arxivlənmiş surət". 2016-04-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]