Sancak bölgəsi

Sancak bölgəsi (serb. Новопазарски санџак, bosn. Novopazarski sandžak; türk. Yeni Pazar sancağı; alb. Sanxhaku i Pazarit të Ri) — Serbiya (cənub-qərb) və Monteneqro (şimal-şərq) sərhədindəki tarixi bölgə. Bölgə adını türk hakimiyyəti dövründə (1912-ci ilə qədər) mövcud olmuş inzibati vahid adından almışdır.

Orta əsrlərdə bölgə serb Raşka dövlətinin mərkəzi idi, onun paytaxtı Ras müasir Yeni Pazar şəhəri yaxınlığında yerləşirdi, buna görə Sancakın serb hissəsi Raşka bölgəsi olaraq da tanınır. Osmanlı hakimiyyəti dövründə (XIV əsrdən) Yeni Pazar Sancağı mərkəzi Novi Pazar şəhərində olan Osmanlı İmperatorluğunun inzibati vahidi idi. 1878-1908-ci illər arasında ərazi Avstriya-Macarıstan, 1908-1913-cü illərdə yenidən Osmanlı İmperiyasının nəzarəti altına keçdi.

1913-cü ildə Birinci Balkan müharibəsinin nəticələrindən sonra Sancak Serbiya və Qaradağ arasında bölündü, 1945-ci ildə müasir sərhədlər quruldu.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]

Bölgənin sahəsi 8403 km²-dir. Hazırda Sancakın ərazisi Serbiya (RaşkaZlatibor bölgələrinin qərb rayonları) və Çernoqoriya arasında bölünür.

Sancakın etnik xəritəsi

2002-ci ildə ərazidə 420 min əhali yaşayırdı.

Bölgə əhalisinin 52%-i (228.000) müsəlman slavyanlar, 45%-ı (198.000) serblərmonteneqrolulardır. Albanlar, roma icması və digər xalqlar əhalinin az bir hissəsini təşkil edir.

Bölgənin ən böyük şəhərləri Yeni Pazar (55 min əhali), Plyevlya (23,8 min), Priboy (19,6 min).

  • Ćorović, Vladimir. Istorija Srba, 1. /History of the Serbs/ Belgrade: BIGZ, 1989.
  • Vlahović, Petar. "Stanovništvo Novog Pazara i njegove okoline, " /The Population of Novi Pazar and its Surroundings/ Novi Pazar i okolina. Belgrade: Književne novine, 1969.