Sancaqbəyi

[1] Sancaqbəyi[1],Osmanlı Dövlətində müəyyən bir regionu idarə edən şəxs. Osmanlı idarəsindəki inzibati və hərbi strukturda bəylərbəyidən sonra sancaqları idarə edən şəxsdir. Sancaqbəyilər müharibə vaxtı əmri altındakı sipahilər ilə birlikdə bəylərbəylərinin əmri altında olurdular.İmperiyanın sərhəd bölgələrindəki ali rütbəli məmurlar idilər. OsmanOrxan bəy dövründə ən əhəmiyyətli inzibati vahid sancaq idi. Sancağın başında sancaqbəyi dururdu. I Muradın hakimiyyəti dövründə Rumeli bəylərbəyiliyi təşkil edildi. Bəylərbəyiliyin birinci mərkəzi Ədirnə idi. Daha sonra mərkəz Monastır oldu. İldırım Bəyazid dövründə Anadolu bəylərbəyiliyi quruldu. Bəylərbəyiliyin birinci mərkəzi Ankara, sonra Kütahya oldu. Osmanlı imperiyasında fəthlərin davam etməsi nəticəsində genişlənən regionların idarə edilməsini asanlaşdırmaq üçün ölkə əyalətlərə bölünmüşdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 (#empty_citation)

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Sancaqbəyi oyunu