Sandra Şmirler (d. 11 iyun 1963; Biqqar, Kanada - ö. 2 mart 2000; Reqina, Kanada) — Kanadanı təmsil edən körlinqçi. Sandra Şmirler, Kanadanı 1998-ci ildə baş tutan Naqano Olimpiadasında təmsil edib və qızıl medal qazanıb.
Sandra Şmirler | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Sandra Şmirler |
Vətəndaşlığı | Kanada |
Doğum tarixi | |
Doğum yeri | Biqqar, Kanada |
Vəfat tarixi | (36 yaşında) |
Vəfat yeri | Reqina, Kanada |
Boyu | 184 sm |
Çəkisi | 72 kq |
İdman növü | Körlinq |
Sandra Şmirler, Kanada yığmasının heyətində 1998-ci ildə Yaponiyanın Naqano şəhərində baş tutan XVIII Qış Olimpiya Oyunlarına qatıldı. Həmin yarışlarının həlledici, final görüşündə Kanada yığması, Danimarka yığmasını 7:5 hesabı ilə məğlub etdi və Sandra Şmirlerində çıxış etdiyi Kanada yığması, Naqano Olimpiadasının çempionu oldu.
Sandra Şmirler, 2 mart 2000-ci ildə uzun sürən xərçəng xəstəliyi nəticəsində həyatının 36-cı yaşında vəfat etdi.