Sanka Zver

Sanka Zver (əsl adı: Cabir Əli (Pəncəli) oğlu Qasımov; 15 oktyabr 1920, Zığ, Bakı qəzasıavqust 1973, Bakı) — qanuni oğru.

Sanka Zver
Cabir Əli oğlu Qasımov
Doğum tarixi 15 oktyabr 1920(1920-10-15)
Doğum yeri Zığ, Bakı qəzası, Azərbaycan SSR
Vəfat tarixi avqust 1973 (52 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi güllələnmə
Dəfn yeri Zığ qəsəbəsi
Vətəndaşlığı SSRİ SSRİ
Atası Əli Qasımov
Milliyyəti azərbaycanlı
Təhsili orta
Fəaliyyəti qanuni oğru

Cabir Qasımov 1920-ci ilin oktyabrın 15-də Bakı qəzasının Zığ qəsəbəsində anadan olub. İlk dəfə Bakıda erməni zabitini öldürdüyünə görə 1936-cı ildə həbs edilib.[1] Sibirə etap olunub. Ömrünün çox hissəsini həbsxanalarda keçirib. Keçirilən "sxodka"da özündən fiziki cəhətdən güclü olan "Sanka" ləqəbli erməni qanuni oğrunu öldürüb. Oğrular ona Sanka Zver deməyə başlayıblar.

Oğru Sanka Zver 1973-cü ildə dostu Lotu Kəbir tərəfindən güllələnərək öldürülüb. Doğulduğu Zığ qəsəbəsində dəfn edilib.[1] Etibar adlı bir oğlu qalıb.

  1. 1 2 "Касумов Джабир Панджали оглы (Санька Зверь)" (rus). primecrime.ru. 2019-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-09.