Sannakçi

Sannakçi.

Sannakçi (kor. 산낙지) – Koreya mətbəxinə aid yemək növü. Üzərinə bir qədər küncüt və küncüt yağı tökülmüş, kiçik səkkizayağın ətraflarından ibarətdir. Səkkizayağın ayaqları doğranmış halda olsa da, hərəkət edir. Sannakçinin başqa bir növündə səkkizayaq bütöv şəkildə süfrəyə verilir.

Səkkizayağın ayaqları kiçik hissələr şəklində doğranır və süfrəyə boşqabda təqdim olunur. Hərəkət edən hissələr yeyilərkən ağıza və ya boğaza yapışa bilər.

Sannakçi Koreyada çiy dəniz məhsulları restoranlarında, həmçinin bəzi barlarda sifariş edilə bilər.

Təhlükəli tərəfi

[redaktə | mənbəni redaktə et]

Sannakçi yeyən şəxsin boğulması halları da qeydə alınmışdır. Odur ki, bu yeməyin istehlakı zamanı ehtiyatlı olmaq vacibdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]