Sano Manabu (佐野学?, 22 fevral 1892, Oita – 9 mart 1953) – Yaponiya iqtisadçısı və sosial aktivisti. Yaponiya Kommunist Partiyasının qurucularından biridir. Fukumotoizmin qatı əleyhdarı olmuşdur.[1]
Sano Manabu | |
---|---|
yap. 佐野学 | |
Doğum tarixi | 22 fevral 1892 |
Doğum yeri | |
Vəfat tarixi | 9 mart 1953 (61 yaşında) |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | müəllim |
Vikianbarda əlaqəli mediafayllar |
1892-ci ildə Yaponiyanın Oita prefekturasında doğulmuşdur.[2] Ailənin yeddi uşağından altıncısı və üç oğlundan sonuncusu idi.[2] Onun babası Hakuyo Naqasaki şəhərində ranqaku müəllimiliyi etmiş Aleksandr Ziboldun tələbəsi olmuşdur.[2]
Sano 1905-ci ildə Kitsuki orta məktəbinə daxil olmuşdur.[2] 1908-ci ildə "Yorozu choho" jurnalı üçün yazdığı məqaləyə görə mükafat qazanmışdır.[2]
1917-ci ildə Tokio Universitetindən məzun olmuşdur.[1] Universitetdə tələbə olduğu dövrdə sosialist hərəkatla tanış olmuş və Şincinkay adlı qruplaşmanın qurulmasında kömək etmişdir.[3] 1920-ci ildə Vaseda Universitetində iqtisadiyyat haqqında mühazirələr verməyə başlamışdır.[3] 1921-ci ildə Yaponiya Əmək Federasiyasının üzvü olmuş, 1922-ci ildə Yaponiya Kommunist Partiyasının yaradılmasında iştirak etmişdir.[1] 1923-cü ildə partiyanın mərkəzi komitəsinin üzvü olmuşdur.[1] 1923-cü ildə baş verən Böyük Kanto zəlzələsi zamanı kommunistlərin kütləvi şəkildə həbs olunmasından yayına bilmiş və SSRİ-yə qaçmışdır.[3] 1924-25-ci illəri Şanxayda keçirdikdən sonra 1925-ci ildə Yaponiyaya qayıdaraq Yaponiya Kommunist Partiyası yenidən qurmuşdur.[1] 1926-cı ildə 10 aylıq həbsdə olmuşdur.[1] 1927-ci ildə partiyanın mərkəzi icraçı komitəsinin üzvü seçilmişdir.[1]
1928-ci ilin martında ikinci dəfə SSRİ-yə qaçaraq altıncı komintern görüşündə iştirak etmişdir.[3][1] Yaponiyaya qayıdarkən 1929-cu ildə Şanxayda Yaponiya rəsmiləri tərəfindən həbs olunmuş, 1932-ci ildə Tokio məhkəməsi tərəfindən ömürlük həbs cəzasına layiq görülmüşdür.[3][1] 1933-cü ilin iyununda Nabeyama Sadaçika ilə birlikdə həbsxanada kommunizmi inkar etmişdir.[3] Nəticə də, ömürlük həbs cəzası 15 illik həbs cəzasına endirilmiş, 1943-cü ildə azadlığa çıxmış, yapon rəsmilərlə birlikdə Pekində fəaliyyət göstərməyə başlamışdır.[3][1] Bir çox kommunist onun bu hərəkətindən təsirlənərək kommunizm idealogiyasından əl çəkmişdir.[3]
İkinci dünya müharibəsindən sonra Vaseda Universitetinə qayıtmışdır.[3] Yaponiya Siyasi və İqtisadi Tədqiqat İnstitutunun əsasını qoymuş, imperator hakimiyyəti altında sosialist prinsiplərinin tətbiqini öyrənməyə çalışmışdır.[3] 1947-ci ildə Yaponiya parlamentinə seçilməyə çalışsa da, uğursuz olmuşdur.[1]