Sanqa meşəsi

Sanqa meşəsi — Afrikada, Konqo çayının qollarından birinin hər iki tərəfində yerləşən tropik meşə və milli park. Meşə üç dövlətin: şərqdə Konqo Respublikası, mərkəzi hissədə Mərkəzi Afrika Respublikası və qərbdə Kamerunun ərazisində yerləşir.

Sanqa
Ümumi məlumatlar
Sahəsi 217 854 ha
Yaranma tarixi 1990
Yerləşməsi
2°36′34″ şm. e. 16°33′15″ ş. u.HGYO
Ölkələr
Sanqa xəritədə
Sanqa
Sanqa
Rəsmi adıSangha Trinational
TipiTəbii
Kriteriyaix, x
Tarixi2012 (36-cı sessiya)
İstinad nöm.1380
RegionAfrika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Meşəyə üç milli park daxildir:

  • Kamrundakk Lobeke Milli Parkı – parka status 2001-ci ildən verilmişdir və sahəsi 2178.54 km²-dir.
  • Mərkəzi Afrika Respublikasında Nouabel-Ndoki Milli Parkı – parkın statusu 1990-cı ildən bəri mövcuddur və sahəsi 495 km² olan şimal və 1220 km² sahəsi olan cənub hissəsi olmaqla iki hissəyə bölünür. Təbiət qoruğunun bu iki hissəsi Sanqa çayı ilə ayrılmışdır.
  • Konqo Respublikasındakı Zenqa-Ndoki Milli Parkı – 3865.92 km² ərazini əhatə edən park statusunu 1993-cü ildən bu yana almışdır.

Meşə 2012-ci ildə tərkibindəki üç Milli Parkla birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.[1][2]

  1. "Sangha Trinational". UNESCO. 7 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 September 2012.
  2. Gerken, James. "Sangha Tri-National Protected Area Declared A World Heritage Site". huffingtonpost. 9 July 2012. 13 July 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 September 2012.