Santa-Mariya Formoza

Santa-Mariya Formoza kilsəsi
Chiesa di Santa Maria Formosa
Ölkə İtaliya
Şəhər Venesiya
Yeparxiya Venesiya patriarxlığı 
Arxitektura stili İntibah memarlığı və İtaliya barokko memarlığı
Memarı Mauro Koduççi
Palma il Vekkyo tərəindən yaradılmış "Müqəddəs Barbara digər müqəddəslərlə" poliptixi

Santa Mariya Formoza Kilsəsi (it. Santa Maria Formosa) -Venesiyada, Kastello rayonunda kilsədir. Eyniadlı Santa Mariya Formoza meydanında yerləşir.

Kilsə 1492-ci ildə köhnə kilsənin yerində Mauro Koduççinin layihələsi əsasında inşa edilib. Memarlıq xüsusiyyətlərindən qabarıq krem rəngli apsidləri, zəng qülləsinin ətəyindəki qrotesk maskanı — məbədin bir çox barokko stilində olan detallarından birini qeyd etmək olar.

Kilsədə Venesiya rəssamlıq məktəbinin nümayəndələrinin bir neçə şah əsəri var. Bunlardan ən böyüyü Palma il Vekkyo tərəfindən çəkilən "Müqəddəs Barbara digər qüqəddəslər ilə" adlı poliptixidir. Bu əsər rəssamın ən yaxşı rəsmi hesab olunur. Digər bir şedevr, Bartolomeo Vivarini tərəfindən yaradılmış "Mizerkordiya Madonna" triptixidir. Bu əsər, 1473-cü ildə kilsə konqreqrasiyasının vəsait ayrılmasından sonra yaradılmışdı.