Santyaqo Müasir İncəsənət muzeyi

Santyaqo Müasir İncəsənət Muzeyi (isp. Museo de Arte Contemporáneo) — Çilinin paytaxtı Santyaqo şəhərində bədii muzey

Müasir İncəsənət muzeyi
Santyaqo
isp. Museo de Arte Contemporáneo
Xəritə
Əsası qoyulub 15 avqust 1947
Mövzu Müasir incəsənət muzeyi
Ölkə
Yerləşir Çili, Santyaqo
Kolleksiyası 2500
Direktor Fransisko Bruqnoli 1998-ci ildən
33°26′07″ c. e. 70°38′39″ q. u.HGYO
[1] Rəsmi saytı]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Santyaqo Müasir İncəsənət Muzeyi 15 avqust 1947-ci ildə açılmışdır [1]. Hazırda Çili universitetlərinin incəsənət fakultələri tərəfindən idarə olunur və iki yerdə: Forestal parkında Cili milli incəsənət muzeyinin arxa hissəsində və Kinta-Normal parkında "Versal Sarayı" adlanan binada yerləşir.

Santyaqo Müasir İncəsənət Muzeyinin kolleksiyasına iki min beş yüzdən artıq incəsənət əsəri, o cümlədən 1200 qravür, 450 fotoqrafiya, təxminən 600 şəkil, 200-ə yaxın rəsm, 90 heykəl eksponatı daxildir. Muzeyin kolleksiyasına XIX əsrin sonlarından müasir dövrədək yaşayıb yaratmış Roberto Matta, Qulermo Nunesa, Nemesio Antunesa, Matilda Peres, Xose Balmesa və sair Çili rəssamlarının sənət əsərləri də daxil edilmişdir. Bundan başqa, muzey eksponatları arasında Osvaldo Quayasamin, İsamu Noquti, Fridensrayx Xundertvasser, Devid Batçelor, İusus Ruis Nestos və Dino Brussone kimi tanınmış xarici rəssamların da əsərləri mühüm yer tutur.

Muzeyin rəhbərləri

[redaktə | mənbəni redaktə et]
  1. MAC, tiempo, historia, contemporaneid Arxivləşdirilib 2020-01-09 at the Wayback Machine www.mac.uchile.cl Gonzalo Arqueros Retrieved April 13, 2013

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]