Sanyo

Sanyo Electric Co., Ltd. (yap. 三洋電機株式会社, Rom: San'yō Denki Kabushiki-gaisha) Yaponiyanın elektronika şirkətidir. Şirkətin baş ofisi Moriquçidə yerləşir.

Sanyo Electric Co., Ltd.
三洋電機株式会社
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi kabuşiki qaişa[d]
Sənaye elektronika, videooyun sənayesi[d]
Məhsulu yarımkeçirici
Təsis tarixi fevral 1947
Baş qərargahın yeri
Struktur
Ana şirkət Panasonik[1]
sanyo-av.com/language.php
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
1959-cu ildə buraxılan Sanyonun tranzistorlu radiosu

Sanyo şirkəti 1947-ci ildə Konosuke Matsushitanın qaynı və keçmiş Matsushita şirkətinin işçisi olan Toshio Iue (1902-1969) tərəfindən təsis edilmişdir.

21 dekabr 2009-cu ildə Panasonic şirkəti, Sanyo-nun 50,2%-lik səhmlərini 400 milyard yapon yeni qarşılığında satın alaraq, şirkəti özünün törəmə şirkəti etmişdir.[2][3] 2010-cu ilin iyul ayında isə Panasonic, Sanyonun qalan səhmlərini də aldığını elan etmişdir.

  1. https://www.wsj.com/articles/SB10001424052748704533204575046774223872104.
  2. "Sanyo Electric Co., Ltd. - Panasonic". sanyo.com. 18 fevral 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 yanvar 2016.
  3. Daisuke Wakabayashi. "Sanyo Deal Hits Panasonic Results". WSJ. 5 yanvar 2010. 10 noyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 yanvar 2016.