Sapadərə — İndiki Meğri rayonundakı Nüvədi kəndində dağ.[1]
Həmzə Vəlinin fikrincə, oronim şumercə «çoban» mənasında işlənən şuba sözü əsasında əmələ gəlmişdir. Sonradan həmin söz Saba > Sapa > Sipa şəklini düşmüşdür. Sapa dərə «çoban dərəsi» mənasını verir[2]. Ancaq bu fıkir bir o qədər elmi deyil, həqiqətə uyğun gəlmir. Sapadərə iki sözün: sapa və dərə sözlərindən əmələ gəlmişdir. «Sapa» sözü «hasar, çəpər», «dolama yol» mənasını ifadə edir[3].
Oronim relyef əsasında yaranmışdır. Mürəkkəb quruluşlu oronimdir.