Sapporo Pivə Muzeyi (サッポロビール博物館, Sapporo Biru Hakubutsukan?) – Yaponiyanın Hokkaydo prefekturasının Sapporo şəhərində yerləşən muzey. Yaponiyada pivəyə həsr olunmuş yeganə muzey olmaqla yanaşı, "Sapporo Breweries" pivə şirkətinin tarixini işıqlandırır.[2]
Sapporo Pivə Muzeyi | |
---|---|
Əsası qoyulub | 1 iyul 1987 |
Açılış tarixi | 1 iyul 1987 |
Ölkə | |
Ziyarətçi sayı |
|
43°04′18″ şm. e. 141°22′08″ ş. u.HGYO | |
sapporobeer.jp/brewery/s… | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzeyin yerləşdiyi bina 1890-cı ildə tikilmiş və 1905–65-ci illərdə pivə zavodu kimi istifadə olunmuşdur.[2] 1987-ci ildə binada pivə muzeyi açılmışdır.[3]
Muzey Yaponiyanın pivənin tarixinə və pivə istehsalına həsr olunmuşdur.[2] Ziyarətçilər müxtəlif pivə nümunələrinin dadlarına baxa bilərlər.[2] Muzeyin yaxınlığında Sapporo Pivə Bağı yerləşir.[2] Bu struktura pivə zalları və restoranlar daxildir.[2]