Saqovniklər

Saqovnikler və ya Tsikada bitkiləri (lat. Cycadales) — saqovniklər sinfinə aid bitki sırası.[3]

Saqovniklər
Elmi təsnifat
Beynəlxalq elmi adı

Çılpaqtoxumlu (Gymnocpermae) qıjı və ya palmaları xatırladan bitkilər sırası. Qıjıya oxşayan nümayəndələrinin azacıq genişlənmiş, tropik iqlimi göstərən, qalın qabıqlı gövdəsi vardır. Digər qrupun nümayəndələrinin düz gövdəsinin başında iri lələkşəkilli yarpaqları olur. Çox xırda formalarının boyu 3 sm-dən böyük olmur. Fossil halında tsikada bitkiləri, əsasən yarpaqları məlumdur. Sonuncular bütöv və ya müxtəlif dərəcədə seqmentləşmiş olur. Tsikada bitkiləri orta triasda meydana gəlmiş, yurada inkişaf dövrü keçirmişdir. Tropik və subtropik vilayətlərdə müxtəlif növləri geniş yayılmış, lakin bitki örtüyündə onların rolu get-gedə azalmışdır. Müasir növləri hər iki yarımkürənin tropik və subtropik vilayətlərdə məhdud sahələrdə yayılmışdır.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.