Sarı Mercedes

Sarı MercedesTunc Okanın rejissoru olduğu, İlyas Salmanın baş rolda oynadığı 1992-ci ildə çəkilən Türkiyə filmi.

Sarı Mercedes
fr. Mercedes mon Amour
Janr komediya filmi, dram filmi
Baş rollarda
  • İlyas Salman[d]
Bəstəkar
  • Vladimir Kosma[d]
İlk baxış tarixi 1993, 25 may 1995[1]
Müddət 90 dəq.[2]
Ölkələr
Dil türk dili
IMDb ID0200637

Orta Anadoluda yaşayan Bayram adlı gənc bir az pul-para qazanmaq üçün Almaniyaya gedir. Yetim Bayram orda süpürgəçilik edir, əl-ayaq işlərinə baxır, yemir-içmir, pul toplayır, axırda qızıl sarısı bir "Mersedes" markalı avtomobil alır və təşər-təşər öz şəxsi avtomobili ilə üz qoyur vətəninə tərəf. Türkiyənin sərhəd qapısına dirənənə qədər Bayramın və sarı maşının başına heç nə gəlmir, amma sərhəddən içəri keçəndən sonra Bayramın qara saatları başlayır. Əvvəlcə maşınının burnundakı ulduzu oğurlayırlar, sonra tıxacda arxa stopunun şüşəsini qırırlar, daha sonra öndə gedən yük maşınının təkərindən çıxan daş sarı "Mersedes"in ön şüşəsinə dəyib yumruq boyda ağ ləkə əmələ gətirir. Lap axırda Bayramın yoluna kombayn çıxır və o sürətlə kombayna girməmək üçün maşını yoldan sapdırır, maşın dərəyə aşır. Bayramın "Balqız" adı verdiyi təzə avtomobil əzik-əzik, cırıq-cırıq olur, qırx ilin istismardan çıxarılıb qaraja atılmış maşınlarına dönür.

Filmdə bir detal qabarıq verilib. Bayram yol boyu irəlilədikcə hər 5–10 kilometrdən bir sağda, solda qəzaya uğramış maşınları görür və başını bulaya-bulaya deyir: "Bu nə məmləkət ya?"

  1. Lexicon of international films (alm.). Zweitausendeins.
  2. IMDb (ing.). 1990.