Sarı Tağı məscidi (fars. مسجد ساروتقی) — Səfəvilər dövrü memarlıq abidəsi. Hal-hazırda İsfahan ostanında Həsənabad şəhərində yerləşir. Səfəvi imperiyasında səfərdə olan fransız səyyah Şarden buranı İsfəhanın ən gözəl sarayı adlandırmışdı. Sarı Tağının ölümündən sonra bir müddət şahın əmri ilə şəhər valisinin evi kimi fəaliyyət göstərmişdir.
Sarı Tağı məscidi | |
---|---|
fars. مسجد ساروتقی | |
Ölkə | |
Şəhər | Həsənabad |
Yerləşir | İsfahan |
Aidiyyatı | Səfəvilər imperiyası |
Qurucusu ilə məşhur olan Sarı Tağı məscidi Həsənabad darvazasının yaxınlığında yerləşir. Sarı Tağı 1633-cü ildən öldürülənə qədər Səfəvi şahı I Səfinin (1629–1642) və onun oğlu II Abbasın (1642–1666) vəziri olmuşdur. Məscid kompleksi də məhz onun adı ilə bağlıdır. Sarı Tağının sağlığında inşa edilən məscidin portal kitabəsində onun adı və hicri 1053-cü il tarixi həkk olunmuşdur. Məscidin fərqli cəhəti günbəzin daxili və xarici bəzəklərinin rəngarəngliyidir. Günbəzin xarici sadə görünüşlü kərpicdən tikilsə də daxili rəsm və suvaq işləri ilə bəzədilmişdir. Günbəzin içində kitabə yoxdu. Lakin məscidin bazara baxan girişində Məhəmməd Rza İmami İsfəhaninin əl yazısı ilə göy fonda suls xəttatlığı ilə yazılmış kitabə var.
Qeyd etmək lazımdır ki, məscidin inşası zamanı Sarı Tağı bir qrup sui-qəsdçi tərəfindən öldürüls də, xalq arasında çox sevildiyinə və irsi sonraki nəsillərə çatdırmaq üçün məscidin inşası onun ölümündən sonra davam etdirilərək sona çatıdırılmışdır.