Mirzə Məhəmməd Tağı (fars. میرزا محمد تقی) və ya Sarı Tağı (fars. سارو تقی) (1579, Təbriz – 11 oktyabr 1645) — Səfəvilər dövründə xədim, öldürülənə qədər Səfəvi şahı I Səfinin (1629-1642) və onun oğlu II Abbasın (1642–1666) vəziri. Sarı Tağı erkən yaşlarında xədim işləməsi üçün yox, I Abbasın dövründə bir kişiyə təcavüz etməkdə günahlandırıldığı üçün axtalanmışdı. Ancaq daha sonra onun günahsız olduğu ortaya çıxmışdı.
Sarı Tağı | |
---|---|
fars. ساروتقی اعتمادالدوله | |
| |
1633 – 1645 | |
Əvvəlki | Mirzə Talıb xan |
Sonrakı | Xəlifə sultan əl-Hüseyni |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1579 |
Doğum yeri | Təbriz, Səfəvilər dövləti |
Vəfat tarixi | 11 oktyabr 1645 |
Fəaliyyəti | hərbi lider[d] |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Sarı Tağı təqribən 1579-cu ildə Təbrizdə kasıb, orta səviyyəli müsəlman ailəsində anadan olub. Onun ailəsi əmisi Xacə Qasım Əlinin ölümündən sonra biabırçı vəziyyətə düşüb.[1] Sarı Tağı gənclik dövründə İsfahan şəhərində orduda xidmət edib, daha sonra isə Ərdəbil hakimi Zülfüqar xan Qaramanlının maliyyə naziri olaraq xidmət edib.[2] O, eyni vəzifəni Qarabağ bəylərbəyliyinin mərkəzi Gəncədə and Şirvan bəylərbəyliyində icra etdikdən sonra Qarabağ bəylərbəyinin vəziri təyin edilib. Sarı Tağı 1615-ci ildə Mömin adlı dəri ustası tərəfindən ona təcavüz etməkdə günahlandırıldığı üçün I Abbasın əmri ilə axtalanıb[1] və mülkü əlindən alınıb. İttihamın yalan olduğu ortaya çıxandan sonra I Abbas Sarı Tağının mülkünü geri qaytarıb.[3]
Bir il sonra Sarı Tağı Mazandaranın hakimi və bundan bir il sonra Gilanın hakimi təyin edildi.[2] Onun hakimiyyəti dövründə bir çox bina və şəhərlərin, o cümlədən Fərahabad və Behşəhrin əsası qoyuldu.[4] 1629-cu ildə Sarı Tağı ilə arası yaxşı olan I Səfi hakimiyyətə gəldi. Həmin il Gilan və Mazandaranda Qərib şahın başçılığı ilə edilən üsyan Sarı Tağının daxil olduğu bir qrup hakim tərəfindən yatırıldı.[5][6]
1631-ci ildə Sarı Tağı şiə türbələrinin abadlaşdırılması üçün Bağdada göndərilir.[7] O, iki il sonra Mirzə Talıb xanı təhqir edir və onu öldürür. Sarı Tağının Mirzə Talıb xanı öldürməsinə səbəb onun Ordubadilərə qarşı olan nifrəti idi; Hatəm bəy Ordubadi Sarı Tağının atasının istədiyi vəzifəni ona verməmişdi. [1] Sarı Tağı Mirzə Talıb xanın İsfahandakı evini də ələ keçirir.[1]