Sarı nonneya

Nonea lutea (Desr.) D. C.

Sarı nonneya
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Sarı nonneya
Beynəlxalq elmi adı

Hündürlüyü 20-30 sm, gövdəsi əsasından budaqlanmış olan birillik ot bitkisidir. Qısa yumşaq, sadə və vəzili yapışqanlı və cod tüklə örtülmüşdür.[2]

Kökətrafı yarpaqları uzunsovneştərvari, küt, tədricən saplağa daralandır, aşağı gövdə yarpaqları qaidə hissəsinə doğru daralan, qalanları oturaqdır, xətvari-neştərşəkilli, sivri, tamkənarlı və yaxud seyrək dişlidir.[2]

Çiçək salxımları tək-tək və ya bir neçə ədəd olmaqla gövdə və budaqların ucunda yerləşmişlər, barverən budaqlar uzanmışdır, çiçəkləri birtərəfli yerləşmişdir. Tac limon sarısı rəngdədir, demək olar ki, borucuğa bənzərdir, diametri 5 mm-dən çox olmayan kiçik qınlıdır.[2]

Fındıqcalar 5–6 mm uzunluqdadır, düz, seyrək uzununa damarlıdır, qəhvəyi rəngli, kütdür, qaidə hissəsində hamar halqalıdır.[2]

Çiçəkləməsi

[redaktə | mənbəni redaktə et]

Aprel-May[2]

Meyvə verməsi

[redaktə | mənbəni redaktə et]

May-İyun[2]

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Demək olar ki, Azərbaycanın bütün rayonlarında. Ovalıqdan orta dağ qurşağına qədər.[2]

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Meşə talalarında, kolluqlarda, əkinlərdə alaq kimi, tarla və bostanlarda, yol boyunca, suvarma kanalları boyunca, boş yerlərdə rast gəlinir.[2]

  1. Australian Plant Name Index (ing.).
  2. 1 2 3 4 5 6 7 8 Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016