Sarı yal nekropolu

Sarı yal nekropoluTivi kəndi ərazisində, təpə üzərində yerləşir. Abidənin yerləşdiyi ərazinin torpağı sarı rəngdə olduğundan həmin yer yerli əhali arasında “Sarı yal” adı ilə tanınır. Nekropolun sahəsi 1 hektara yaxındır. Kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində öyrənilmişdir. Aparılan araşdırma zamanı abidənin ərazisi, oradakı qəbirlərin quruluşu müəyyən olunmuşdur. Nekropoldakı qəbirlər şərq istiqamətindədir. Onlar güclü təbii aşınmaya məruz qaldığından dağılmışdır. Qəbiristanlığın yaxınlığında eyni adlı pir (Sarı yal piri) də yerləşir. Abidə Orta əsrlər dövrünə aiddir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Xəlilov T.F. Gəmiqaya ətrafında arxeoloji tədqiqatlar". Naxçıvan-2018, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 120 s.