Sarıayaq ekzoxomus

Sarıayaq ekzoxomus (lat. Exochomus flavipes) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin parabüzənlər fəsiləsinin ekzoxomus cinsinə aid heyvan növü.

Sarıayaq ekzoxomus
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Yarımfəsilə:
Növ:
Sarıayaq ekzoxomus
Beynəlxalq elmi adı
  • Exochomus flavipes[1]

Formasına görə başqa parabüzən növlərindən çox da fərqlənmir. Qanadüstlüyü qaradır, heç bir ləkə və nöqtəsi yoxdur. Ayaqların qırmızı sarımtıl çalarları var, bu hissə nisbətən böyükdür, ayağındakı caynaqlar dişlidir. Bud hissədə az sarı ləkələr vardır. Böyüklüyü 4-4,5 mm-dir. Bostan bitkilərində və yoncalıq sahələrdə də yastıcalarla qidalanırlar. Quru otların altında qışlayırlar. Qış sığınacaqlarından martın axırında çıxırlar. İl ərzində bir bütün və bir fakultativ nəsil verirlər.[2]

Naxçıvanın dağətəyi və aran, xüsusən çayların vadisində olan təbii zonalarında, səhra bitkilərində, xüsusən də kol və yarımkol, ən çox da yabanı bitkilər üzərində yayılıb.

  1. A.Mehdiyev, M.M.Seyidli. Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi. səh. 41.
  2. B.İ.Ağayev. Ümumi entomologiya. I-II hissələr. Bakı: 1979-1981
  3. A.M.Mehdiyev. Naxçıvan MR-da yayılan parabüzənlər (Coleoptera, Coccine elidae) və onların bioloji mübarizədə istifadə imkanları.
  1. Integrated Taxonomic Information System (ing.). 2005.
  2. B.İ.Ağayev. Ümumi entomologiya. I-II hissələr. Bakı: 1979-1981