Sarıbulaq yurd yeri

Sarıbulaq yurd yeri — Şərur rayonunda eyni adlı oba yerindən təqribən 5 km cənubda orta əsrlərə aid arxeoloji abidə.

Kəşfiyyat qazıntıları nəticəsində divar qalığı aşkara çıxarılmışdır. Ərazidən bir neçə təndir qalığı, saxsı qablar və digər maddi mədəniyyət nümunələri də tapılmışdır. Əldə olunmuş materiallara əsasən, yurd yerinin IX–XVIII əsrlərə aid olması ehtimal edilir.[1]

  1. Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 245-246. ISBN 5-8066-1468-9.