Sarıqayabaşı burnu[1] — burun olaraq Abşeron yarımadasının şimal-qərbində yerləşir. İnzibati cəhətdən Sumqayıt şəhəri ərazisinə daxildir. Burunda həyət evlərindən ibarət massiv vardır. Şəhərin X və XV məhəllələrinin bir hissəsi burnun ərazisində yerləşir. Şəhərin əsas infastruktur obyekti olan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu bu ərazidədir. Burundan ölkə əhəmiyyətli və şəhərin dəniz qırağı ərazisindən keçən S. Vurğun küçəsi keçir.
Sarıqayabaşı burnu | |
---|---|
Yerləşməsi | |
40°36′32″ şm. e. 49°40′14″ ş. u. | |
Akvatoriya | Xəzər dənizi |
Ölkə | Azərbaycan |
|
Burun[2] şimal-şərqə istiqamətlənmişdir. Sahil hissələrində hündürlük −28 m təşkil edir. Əsasən qumsal əsazilərdən ibarətdir. Burunun yaxınlığında Sumqayıtçayı dənizə tökülür. Çay nadir hallarda daşqın əmələ gətirir. Bununla belə burnun çayın fəaliyyəti nəticəsində əmələ gəlmə ehtimalı yüksəkdir.