Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuAzərbaycanın Sumqayıt şəhərində stadion. Azərbaycanda dördüncü ən böyük stadiondur.

Mehdi Hüseynzadə adına
Sumqayıt şəhər stadionu
Map
Yeri Sumqayıt, Azərbaycan
Açılış tarixi 1966
Memar O.M.İsayev, Y.P.Tolstonoqov
Tamaşaçı tutumu 15.350
Ev sahibi komanda Sumqayıt FK
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stadion Sarıqayabaşı burnu ərazisində yerləşir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun inşasına 1954-cü ildə qərar verilsə də, arenanın tikintisi müəyyən səbəblərə görə təxirə salınmışdı. Lakin 1963-cü ildə meydançanın tikintisinə başlanılmış və 1966-cı il iyulun 1-də istifadəyə verilmişdi.

M. Hüseynzadə adına stadionda ilk oyun SSRİ çempionatının "B qrupu"nda çıxış edən Sumqayıtın "Polad" komandası ilə Belaya Kolitva şəhərinin eyni adlı kollektivi üz-üzə gəlib. Həmin görüş "Gənclər şəhəri" təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Həmin qarşılaşmada yeganə qolun müəllifi Telman Salahov olub.

Stadionun proyektini "Az Dövlət Proyekt" şirkəti verib. O.M. İsayev və Y.P. Tolstonoqov arenanın arxitektorları olub. M. Hüseynzadə adına Sumqayıt şəhər stadionda ilk beynəlxalq oyun 1982-ci ildə Azərbaycanın yeniyetmələrindən ibarət komandası ilə İran millisi arasında olub. Arenadan "Polad", "Vosxod", "Xəzər", "Kimyaçı", "Sumqayıt", "Gənclərbirliyi", "Qarabağ" (Ağdam), "Xəzər Lənkəran" (Lənkəran) və "Standard" komandaları ev oyunları kimi istifadə ediblər.

1985-ci ildə SSRİ-də təşkil olunmuş FİFA Dünya Gənclər Çempionatının "D" qrupunun Çin–Paraqvay oyunu bu stadionda keçirilmişdir. Həmin matçda Çin 2:1 hesabı ilə qalib gəlmişdir[1].

M. Hüseynzadə adına Sumqayıt şəhər stadionu 1979-1980-ci illər və 1993-1994-cü illər ərzində təmirə dayandırlıb. Son olaraq isə 2011-ci ildə meydandançada kosmetik təmir işləri aparılıb. Paltardəyişmə və hakimlərin otaqları əsaslı təmir olunub.[2]

Hazırkı vəziyyəti[redaktə | mənbəni redaktə et]

Bu arenada xeyli təmir işləri aparılmalıdır. Stadionun ot örtüyünün bərbad vəziyyətdə olması texnikalı oyun nümayiş etdirməyə imkan vermir. Tribunalardakı taxta oturacaqlar hələ də dəyişdirilməyib. Bundan başqa, paltardəyişmə və digər yardımçı otaqların təmirə ehtiyacı var.

21 noyabr 2019-cu ildə Azərbaycan prezidenti İ.Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər planı barədə sərəncam imzalayıb. Sərəncama əsasən stadionun yenidən qurulması məqsədilə Azərbaycan Prezidenti Ehtiyat Fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb. Layihəyə əsasən stadionun yenidən qurulması 2021-ci ilin may ayında başa çatdırılmalı idi. Lakin əlavə vəsaitə ehtiyac yarandığı üçün 2022-ci ilin mart ayında stadionun yenidənqurulması hələ də başa çatdırılmayıb. Yeni cədvələ əsasən statdionun yenidənqurulması 2022-ci ilin sonuna kimi bitirilməlidir.[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. FIFA World Youth Championship USSR 1985: First stage - Group D: Paraguay–China PR Arxivləşdirilib 2017-11-19 at the Wayback Machine. fifa.com  (ing.)
  2. "Mehdi Hüseynzadə adına stadion kimə qismət olacaq?". 2019-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-05.
  3. "Sumqayıt stadionunun əsaslı təmiri niyə dayanıb ? - BAKU TV". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]