Sarah Attar

Sarah Attar (27 avqust 1992, Eskondido, Kaliforniya, Amerika Birləşmiş Ştatları) — Səudiyyə Ərəbistanı təmsil edən marafonçu. Sarah Attar Səudiyyə Ərəbistanı 20122016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi.

Sarah Attar
ərəb. سارة عطار
Şəxsi məlumatlar
Tam adı Sarah Attar
Vətəndaşlığı Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı
Doğum tarixi (31 yaş)
İdman növü Yüngül atletika
Boyu 162 sm
Çəkisi 52 kq[1]
11 sentyabr 2016 tarixində yenilənib.

Karyerası[redaktə | mənbəni redaktə et]

Sarah Attar birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. Həmin il Londonda baş tutan yarışlarda Sarah Attar 800 metr məsafəyə qaçış yarışlarının təsnifat mərhələsində 2:44.95 saniyəlik nəticə ilə 8-ci yeri tutdu və mübarizəni dayandırdı.

Sarah Attar növbəti Olimpiadasına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 16 dəqiqə 11 saniyəyə qət edərək 157 marafonçu sırasında 132-ci yeri tutdu.

Mənbələr[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Olympedia (ing.). 2006.