Sarayevo yəhudi qəbiristanlığı — Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təxminən 500 illik bir qəbiristanlıqdır. Ərazi Trebeviç dağının yamacında, şəhərin cənub-qərb hissəsində yerləşir. Cənub-Şərqi Avropadakı ən böyük yəhudi qəbiristanlıqlarından biridir. Qəbiristanlıq 16-17-ci əsrin əvvəlindən[2] 1966-cı ilə qədər istifadə edilmişdir.[3]
Qəbiristanlıq | |
Sarayevoda yəhudi qəbiristanlığı | |
---|---|
Ölkə | |
Əsası qoyulub | 1630 |
Dəfn sayı |
|
43°51′03″ şm. e. 18°24′26″ ş. u. | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Osmanlı dövründə Səfərad yəhudiləri tərəfindən qurulan qəbiristanlıq 19-cu əsrin sonlarında Avstriya-Macarıstan İmperiyası ilə Sarayevoya gələn Aşkenazi yəhudiləri üçün dəfn yeri olmuşdur. Qəbiristanlıq 3850-dən çox məzar daşını ehtiva edir və 31160 kvadrat metr sahəni əhatə edir. Burada faşizmin qurbanlarına həsr olunmuş dörd qəbir: Jahiel Finci tərəfindən hazırlanan və 1952-ci ildə inşa edilən bir səfərad, iki Aşkenazi yəhudi və bir ustaşa qurbanına həsr olunmuş abidə var.[4]
Bosniya müharibəsi zamanı yəhudi qəbiristanlığı cəbhədə idi və Bosniya serbləri tərəfindən artilleriya mövqeyi kimi istifadə olunurdu. Beləliklə, partlayışlar və atəş nəticəsində qəbiristanlıq ciddi ziyan görmüşdü. Ayrıca ağır bir şəkildə minalanmış, lakin 1996-cı ildə tamamilə təmizlənmişdir.[5]
Qəbiristanlıqda dəfn olunan görkəmli insanlar arasında Ravvin Samuel Baruh (1630-1650-ci illərdə Sarayevonun ilk ravvini olmuşdur; qəbiristanlığın ən qədim qəbri olduğu güman edilir),[6] Ravvin İsak Pardo (1781-1810-cu illlər ravvini), Ravvin Avraham Abinun (Böyük Ravvin, 1856 - 1858), Moşe ben Rafael Attias (1845 - 1916), Laura Levi Papo LaBohoreta (XX əsrin əvvəllərində yazıçı[7]), və İsak Samokovliya var. Qəbiristanlıqda həmçinin faşist terrorunun qurbanlarına ucaldılmış dörd xatirə, bir neçə kenotaf və üzərində başqa yerlərdən ölən və məzar yerləri bilinməyən insanların adları yazılmış boş bir xatirə məzarı yerləşir.
Qəbiristanlıq "Sarayevoda yəhudi qəbiristanlığı" adı ilə Bosniya və Herseqovinanın milli abidəsi olaraq təyin edilmişdir. Abidənin Ümumdünya irsi siyahısına daxil edilmədi üçün Bosniyalı nümayəndələri 3 aprel 2018-ci il tarixində YUNESCO-da "Mədəniyyət" kateqoriyası və "(ii)", "(iii)", "(iv)", "(vi)" meyarları üzrə namizədliyə görə sənədləri təqdim etmişdirlər.[3][8]
Qəbiristanlığın əsas qapısı
Əsas qapının üstündəki yazı
Əsas giriş yaxınlığında köhnə divarlı məbəd (Ciduk Adin)
Əsas qapının qərb kənarından köhnə divar
Qəbiristanlıqdan şəhərə baxış
Qəbiristanlığın yuxarı hissəsindən şəhər mənzərəsi
Məzarlıq
Qəbir daşlarında yazılar
Qəbiristanlığın qışda çəkilmiş görüntüsü
Mərmi və güllələrin izləri
Qəbiristanlıq XIX əsrin ikinci yarısı, Avstruya-Macarıstan imperiyası dövrünün başlanğıcında
Qəbiristanlğın yuxarı qapısı,cənub kənarındakı ən yüksək nöqtə