Sardana Platonovna Oyunskaya (rus. Сардана Платоновна Ойунская; 6 sentyabr 1934, Yakutsk – 13 iyul 2007) — yakut folklorşünası, ədəbiyyatşünas, filoloq, Rusiya Elmlər Akademiyasının Sibir şöbəsinin fəxri veteranı, filologiya elmləri namizədi, Elmlər Akademiyasının Sibir filialının əməkdar veteranı.
Sardana Oyunskaya | |
---|---|
Doğum tarixi | 6 sentyabr 1934 |
Doğum yeri | |
Vəfat tarixi | 13 iyul 2007 (72 yaşında) |
Atası | Platon Oyunski |
Fəaliyyəti | yazıçı |
Sardana Oyunskaya Moskvada yakut ədəbiyyatşünası Platon Oyunskinin ailəsində anadan olmuşdur.[1][2] 1962-ci ildə Yakutsk Dövlət Universitetini bitirdi və həmən universitetin Dil, Tarix və Ədəbiyyat İnstitutunda işləməyə başladı. Yakut xalq nağılları və xalq mahnıları toplamaq ilə məşğul idi.[3][4] 1962–2007-ci illərdə Elmlər Akademiyasının Humanitar Tədqiqatlar İnstitutunda işləmiş və laboratoriya işçisindən elmi işçi vəzifəsinə qədər qalxmışdır. 1989-cu ildə "Yakut xalq tapmacaları" mövzusunda filologiya elmləri üzrə alimlik dərəcəsi almaq üçün namizədlik dissertasiyasını müdafiə etdi.
1988-ci ildə Platon Oyunskinin ədəbi və elmi irsinin öyrənilməsi və nəşri ilə məşğul olmağa başladı. Yakut ədəbiyyatına nəzərə çarpan töhfəni verən onun "Atanın parlaq adı" (Yakutsk, 1999, 2003) kitabı oldu. Kitabda onun poetik əsərləri, esseləri, populyar elmi məqalələri, atası və onun ətrafındakıları ilə bağlı xatirələri yer aldı.
P. Oyunski İctimai Fondun sədri və Hökumət Komissiyasının üzvü idi. 1993-cü ildə Saxa Respublikası və YUNESKO arasında yubiley tədbirlərinin təşkili və keçirilməsində fəal iştirak etmişdir. Onun rəhbərliyi ilə 1992–1993-cü illərdə bir qrup ədəbiyyatşünas alimlər tərəfindən P. Oyunskinin sənət və elm əsərlərini özündə cəmləşdirən 3 cildlik toplu hazırlandı.[5]
Oyunskaya Rusiya Yazıçılar Birliyinin üzvü, Taatta ulusunun fəxri vətəndaşıdır.