Platon Oyunski (10 noyabr 1893, 29 oktyabr (10 noyabr) 1893[1] və ya 1893[2] – 31 oktyabr 1939[1] və ya 1939[2], Yakutsk) — Yakut yazıçısı, alim-filoloq və ictimai xadim, Yakut sovet ədəbiyyatının banisi[3].
Platon Oyunski | |
---|---|
saxa Былатыан Ойуунускай | |
Doğum tarixi | 10 noyabr 1893, 29 oktyabr (10 noyabr) 1893[1] və ya 1893[2] |
Vəfat tarixi | 31 oktyabr 1939[1] və ya 1939[2] |
Vəfat yeri | |
Uşağı | Sardana Oyunskaya |
Təhsili |
|
Fəaliyyəti | şair, tərcüməçi, dramaturq, ictimai xadim, filoloq, siyasətçi |
Əsərlərinin dili | Yakut dili |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Platon Oyunski 11 noyabr 1893-cü ildə Yakutiyada doğulmuşdu.
Oyunski XX əsrin böyük və faciəvi fiqurlarından biri olub. Onun haqqında danışanda adətən belə yazırlar: Şair və inqilabçı. Yazışı və publisist. Romantik və praqmatik. İdealist və materialist. Qurucu və dövlətçi. O zamankı SSRİ tərkibində Yakutiya Sovet Sosialist Muxtar Respublikasının yaradılması məhz onun uzun mübarizəsi nəticəsində mümkün olub. Respublikasının dövlət kimi təşəkkül tapmasında, elm və mədəniyyətinin inkişafında və doğma ana dilində məktəb və nəşrlərin olmasında Platon Oyunski gərgin əmək sərf edib.
Saxalıların milli mədəni azadlığının təmin olunmasında verdiyi mücadilə isə SSRİ rəhbərliyinin qəzəbinə tuş gəlir. Oyunski 1938-ci ildə İrkutskda həbs olunur.
Platon Oyunski 1939-cu ilin 31 oktyabrında elə öz vətənində zindanda həyatla vidalaşır.