Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti (ŞQU) (qaz. С. Аманжолов атындағы Шығыс Қазақстан университеті (ШҚУ) КЕ АҚ) — Şərqi Qazaxıstan bölgəsinin aparıcı çoxsahəli ali təhsil müəssisəsi.
Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti | |
---|---|
49°57′38″ şm. e. 82°35′28″ ş. u. | |
Əsası qoyulub | 1952 |
Rektor | Toleqen Muxtar [1] |
Ölkə |
Sarsen Amanjolov Şərqi Qazaxıstan Universiteti aşağıdakı beynəlxalq birliklərin üzvüdür[2]:
1952-ci ildə SSRİ Nazirlər Sovetinin əmrinə əsasən 3 fakültədən (Rus dili və ədəbiyyatı, fizika-riyaziyyat və təbiət elmləri) ibarət olan Ust-Kamenogorsk Pedaqoji İnstitutu (UKPI) təşkil edildi. İnstitutda 332 tələbə təhsil aldı, 3 elmlər namizədi, dosent olmaqla 30 müəllim çalışdı. 1953-cü ildə tədris proqramında gənc mütəxəssislərin ilk buraxılışı oldu. Dörd illik proqramda mütəxəssislərin ilk buraxılışı 1956-cı ildə baş verdi[3].
1961-1962-ci tədris ilində universitet 4 fakültədən, 2907 tələbədən, 121 müəllimdən ibarət idi, bunlardan 21-i elmlər namizədidir[3].
1970-ci ildə Orta Asiya və Qazaxıstan respublikalarının pedaqoji məktəbləri müəllimlərinin ixtisasartırma fakültəsi yaradıldı. 1971-ci ildə daha sonra təhsil televiziyasının mərkəzi halına gələn bir təhsil məlumat studiyası açıldı. 1971-1972-ci tədris ilində universitet 4141 tələbənin təhsil aldığı, 286 müəllimin çalışdığı 5 fakültədən ibarət idi ki, bunlardan da 2 nəfər elmlər doktoru, professor, 64 nəfər elmlər namizədi idi. 1982-ci ildə UKPI SSRİ-nin 262 pedaqoji universiteti arasında yarışın qalibi oldu[3].
Hal hazırda Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti aşağıdakı struktur formasiyalarını əhatə edir[4]:
Tarix, Filologiya və Beynəlxalq Münasibətlər Fakültəsi, Psixologiya, Pedaqoji və Mədəniyyət Fakültəsi,Təbii Elmlər və Texnologiya Fakültəsi, İqtisadiyyat və Hüquq Fakültəsi, Kvalifikasiya təsdiq mərkəzi, Marketinq və Universitet Öncəsi Təlim Mərkəzi , Uzaqdan Təhsil Fakültəsi, Maqistr dərəcəsi