Sasaki Takauci

Sasaki Takauci (佐々木 高氏?, ən geci 130612 sentyabr 1373) və ya dini adı ilə Sasaki Doyo (佐々木 道誉?)Muromaçi dövründə yaşamış Yaponiya hərbi xadimi və şairi.[1]

Sasaki Takauci
yap. 佐々木 高氏
yap. 佐々木 道誉
Doğum tarixi ən geci 1306
Vəfat tarixi 12 sentyabr 1373
Vətəndaşlığı
Fəaliyyəti Samuray
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Sasaki Takauci Omi əyalətində[a] tanınmış döyüşçü ailəsində doğulmuşdur.[1] Kamakura şoqunluğunun sonuncu regenti Hoco Takatoki üçün xidmət göstərdikdən sonra Aşikaqa Takauciyə kömək edərək Kenmu restavrasiyasının ləğvində və Muromaçi şoqunluğunun qurulmasında iştirak etmişdir.[1] O, 1336-cı ildə şoqunluq tərəfindən elan edilmiş, ölkənin fundamental inzibati kodeksi olan Kenmu kodeksinin tərtib olunmasına kömək etmişdir.[1]

Takauci müxtəlif vaxtlarda Omi əyaləti də daxil olmaqla, 6 əyalətin şuqosu olmuş, şoqunluğun mərkəzi administrasiyasında vacib vəzifələri tutmuş, 1354-cü ildə İnzibati şuranın rəhbər rəsmisi olmuşdur.[1]

Sasaki Takauci vakarenqa şairi kimi də tanınmış, yerli Omi saruqakusunun himayədarı olmuşdur.[1] XIV əsrə aid "Heyke nağılı" əsərində hərbi aristokrat və dəbdəbəlik modeli kimi təsvir olunmuşdur.[1]

Qeydlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983. səh. 23. ISBN 0-87011-627-4. İstifadə tarixi: 22 iyul 2022.