Sasik (Sasık[1], Kunduk)[1] (türk. üfunətli) — Odessa vilayətində süni göl. Vaxtı ilə liman olan Sasik gölü Tatarbunar və Kiliyski rayonlarında yerləşir. Gölün sahəsi 210 km², dərinliyi 2,7 metrdir. Sasik gölü şimaldan cənuba doğru 29 km məsafədə uzanır. Eni isə 3–12 km arasında dəyişir.
Sasik (Kunduk) | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 0 m |
Eni | 12 km |
Uzunluğu | 29 km |
Sahəsi | 210 km² |
Dərin yeri | 2,7 m |
Tökülən çaylar | Koqilnik, Sarata |
Yerləşməsi | |
45°38′29″ şm. e. 29°39′31″ ş. u.HGYO | |
Ölkə | Ukrayna |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sasik limanı 1970-ci illərə kimi kurort zonası idi. Limanın palçığı bir çox müalicəvi xüsusiyyətlərə malik idi. Sonradan liman suyunun şirinləşdirilməsi məqsədi ilə böyük layihə işlənildi. Liman suyunu kənd təsərrüfatında istifadə etmək üçün onu dənizdən bənd vasitəsilə ayırdılar. Düzgün olmayan hesablamara görə layihə uğursuz oldu. Liman suyu yarımçıq şirinləşdi və suvarılan kənd təsərrüfatı bitkiləri məhf oldular. Göl sahilində ki, kurortu bağladılar. Yeri həkimlər əhaliyə suda çimməyi qadağan etdilər. Su səviyyəsi tədricən qalxdı. Sahildə ki, tikililər yararsız hala düşdülər. Biosenozun dəyişməsi ilə əlaqədar göldə iri balqlar formalaşdı. Yerli əhali hakimiyyətdən bəndin dağıdılmasını və limanın bərpasını tələb edir[2].
Sasik gölünə Sarata və Koqilnik çayları tökülür. Çaylar əsasən yaz aylarında göl suyunu daha çox şirinləşdirir. Quraqlıq dövründə göl suyunun səviyyəsi Dunay çayından çəkilmiş Dunay-Sasik kanalı vasitəsilə həyata keçirilir. Göl suyunun səviyyəsi 1 metr arasında dəyişə bilir. Suyun donması dekabrda başlayır və mart ayında buzdan azad olur.
Göl sahili yerli quşların yuva qurma məkanıdır. Sasik və Şaqan-Alibey-Burnas sistemi beynəlxalq su-bataqlıq hövzəsi statusu almışdır. Ərazidə olan su quşları beynəlxalq Ramsar konvensiyasının siyahısına salınmış və qorunur.[3][4]