«Sat.1 Emotions» — Alman dilində yayımlanan və «ProSiebenSat.1 Media» şirkətinin sahibləndiyi Almaniya ödənişli telekanalı. Telekanal 3 may 2012-ci ildə saat 20:15-də yayıma başlamışdır. Kanal «Sat.1 Comedy» telekanalının əvəzinə yaradılmışdır.[1] «ProSiebenSat.1 Media» şirkəti həmçinin daha iki ödənişli telekanalın, «kabel eins classics» və «ProSieben Fun» telekanallarının sahibidir.
«Sat.1 Emotions» | |
---|---|
| |
Ölkə | Almaniya |
Yayım ərazisi |
Almaniya Avstriya |
Dil | Alman dili |
Baş qərargah | Unterförinq, Almaniya |
Yaranma tarixi | 3 may 2012 |
Sayt | sat1emotions.de |
Vikianbarda əlaqəli mediafayllar |
«Sat.1 Emotions» gündəlik 24 saat yayımlanır. Alman sabun operaları, serialları və filmləri bu telekanalda yayımlanır. Bəzi günlərdə beynəlxalq filmlər və seriallar da nümayiş olunur.[2]
«Sat.1 Emotions» kabel şəbəkə operatorunun SD və ya HD formatından asılı olaraq kabel və IPTV vasitəsilə Almaniya və Avstriyada yayımlanır.[3]
30 iyun 2016-cı ilə kimi telekanal «Sky Deutschland» peyk platformasında mövcud olmuşdur.