Sato İssay (佐藤一斎?, 14 noyabr 1772 – 19 oktyabr 1859, Edo[d]) – Edo dövrünün Yaponiyasında yaşamış konfutsiçi alim.
Sato İssay | |
---|---|
yap. 佐藤一斎 | |
Doğum tarixi | 14 noyabr 1772 |
Vəfat tarixi | 19 oktyabr 1859 (86 yaşında) |
Vəfat yeri |
Sato İssay 1772-ci ildə İvakura hanının[a] yüksək rütbəli xidmətçi ailəsində doğulmuşdur.[1] Sato daymyonun oğlu olan Matsudayra Tayranın müşayiətçisi təyin olunmuşdu.[1] Daha sonra Matsudayra şoqunluğun rəsmi konfutçi alimləri kimi xidmət göstərən Hayaşi ailəsinə övladlıq olaraq verilmiş və Hayaşi Cussay adını götürmüşdür.[1]
Sato 1791-ci ildə Osakaya gedərək Nakay Çikuzanla, daha sonra isə Kiotoya gedərək Minaqava Kienlə təhsil almışdır.[1] 1793-cü ildə Edo şəhərinə gedərək Cussay ilə birlikdə oxumuşdur.[1] 1805-ci ildə şoqunluğun konfutsiçi məktəbi olan və Cussayın başçılıq etdiyi Şoheykonun baş müəllimi təyin edilmişdir.[1] Cussayın 1841-ci ildəki ölümündən sonra Sato məktəbin professoru vəzifəsinə yüksəlmiş və tez-tez şoqunluğa məsləhətlər vermək üçün çağırılmışdır.[1]
Satonun 3000-ə yaxın tələbəsi olmuşdur.[1] Onların arasında bir neçə daymyo və Ohaşi Totsuan, Sakuma Şozan və Vatanabe Kazan kimi alimlər olmuşdur.[1] Şoqunluğun rəsmi alimi olduğu üçün konfutsiçiliyin Çju Si məktəbini tədris etməyə məcbur edilmişdir, lakin amma o, daha intuitiv olan Van Yanmin məktəbinə meyl etmişdir.[1] Əsərləri içərisində ən tanınmışı alimliyindən və həyatından bəhs edən esselər topusu olan "Qenşi şiroku" əsəridir.[1]