Sato Nobuhiro

Sato Nobuhiro (佐藤 信淵?, 18 iyul 1769, Oqaçi rayonu[d], Akita prefekturası17 fevral 1850)Edo dövründə yaşamış Yaponiya aqronomu.

Sato Nobuhiro
yap. 佐藤 信淵
Doğum tarixi 18 iyul 1769(1769-07-18)
Doğum yeri
Vəfat tarixi 17 fevral 1850(1850-02-17) (80 yaşında)
Dəfn yeri
  • İyataka məbədi[d]
Fəaliyyəti dilçi, politoloq, iqtisadçı

Sato Nobuhiro 1769-cu ildə Deva əyalətində[a] alim aləsində doğulmuşdur.[1] Uşaq olanda atası ilə birlikdə səyahətlər etmiş və Hokkaydoya qədər gedib çıxmışdır.[1] Bu zaman Tenmey aclığından əziyyət çəkən kəndlilərin həyatına şahidlik etmiş və gördüyü mənzərə ona böyük təsir etmişdir.[1] Atasının ölümündən sonra Edo şəhərinə gedərək ranqaku alimi Udaqava Qenzuinin şagirdi olmuşdur.[1] Tsuyama hanında xidmət göstərdikdən sonra ölkəni səyahət etməyə başlamış, kənd təsərrüfatı ilə bağlı praktiki biliklər əldə etmişdir.[1] Bir müddət yazı yazmaq üçün Kazusada[b] məskunlaşsa da, həyatının böyük bir qismini səyahətlərdə keçirmişdir.[1]

Sato şintoizmə də maraq göstərmiş və kokuqaku alimi Hirata Atsutanenin məktəbinə daxil olmuşdur.[1] Təxminən bu dövrdə Takano ÇoeyVatanabe Kazanla dost olmuş, şoqunluğun ranqaku alimlərini həbs etməsi hadisəsindən yayına bilmişdir.[1] Satonun şöhrəti tədricən yayılmış və daymyolar onu kənd təsərrüfatı texnikaları, iqtisadiyyat və dənizdən müdafiə mövzularında məsləhətlər verməsi üçün çağırmışdırlar.[1]

Sato rocu və daymyo Mizono Tadakuniyə cavab olaraq "Fukkoho qayqen" əsərini yazmışdır.[1] O, bu əsərdə Yaponiyanın vahid başçı altında birləşdirilməsini və bütün torpaqların, istehsalın, ticarətin və nəqliyyatın birbaşa hökumət nəzarəti altında olmasını təklif etmişdir.[1]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983. səh. 28. ISBN 0-87011-627-4. İstifadə tarixi: 5 avqust 2022.