Satomura Coha (里村紹巴?, 1525, Nara[d] – 2 iyun 1602) və ya Satomura Şoha – Yaponiya şairi.[1] XVI əsrin əsas renqa şairlərindən biri hesab olunur.[1] Əsl soyadı Matsumura olsa da, 1552-ci ildə müəllimi Satomura Şokyunun ölümündən sonra soyadını dəyişmişdir.[1] Bəzi mənbələrdə 1527-ci ildə doğulduğu qeyd olunur.[1]
Satomura Coha | |
---|---|
Doğum tarixi | 1525 |
Doğum yeri |
|
Vəfat tarixi | 2 iyun 1602 |
Fəaliyyəti | şair |
Coha 12 yaşında Nara şəhərindəki Kofuku məbədinin şagirdi olmuş və qısa müddətdən sonra renqa janrını öyrənməyə başlamışdır.[1] 1545-ci ildə keşiş olmuş, Coha adını götürmüş və 1544-cü ildə renqa ustası Şukeyi Kiotoya qədər müşayiət etmişdir.[1] Burada bir çox renqa məclisində iştirak etmiş, keçmiş saray əyanlarının başçılığı altında klassik poeziyanı və "Gencinin hekayəsi" romanını öyrənmişdir.[1] Şukeyin ölümündən sonra Şokyunun şagirdi olmuşdur.[1] Şokyunun ölümündən sonra onun oğlu və varisi Şoşitsunun təhsilini öz üzərinə götürmüş və onu böyütmüşdür.[1]
Bu dövrdən sonra Coha ölkənin ən qabaqcıl renqa şairi kimi tanınmışdır.[1] XVI əsrin ikinci yarısında Yaponiya vəziyyət qeyri-sabit və müharibələrlə keçən dövr olduğu üçün Coha çətinliklərlə üzləşmişdir.[1] Tanınmış şəxs olduğu üçün əsərləri nəzarət altında olunmuş, hətta bəzi renqaları alleqoriya kimi dəyərləndirilmişdir.[1] Toyotomi Hidetsuqunun atası Toyotomi Hideyoşiya qarşı təşkil etdiyi çevriliş cəhdində iştirak etməklə şübhələnildiyi üçün bir müddət ev həbsində olmuşdur.[1]
Coha renqa haqqında bir neçə məlumat kitabçasının və tənqidi əsərin müəllifi olmuşdur.[1] Ən vacib əsəri 1585-ci ildə yazdığı "Renqa xəzinələri"[a] əsəridir.[1] Onun tənqidi baxışları və ideallar dövr üçün əhəmiyyətli və orijinal idi.[1] O, renqanın 50-100 bəndlə yazılmasının vahid ədəbi struktur kimi qəbul edilməsini müdafiə etmişdir.[1]