Saturn I SA-2

Saturn-Apollo 1 (SA-1) - Saturn I daşıyıcı raketinin ikinci uçuşu. ABŞ Apollon proqramının"Haiuoter" Layihəsinin bir hissəsi.[1]

Saturn I SA-2
Ümumi məlumat
Ölkə ABŞ
Təşkilat NASA
Tapşırıqlar Test uçuşu
Uçuş məlumatları
Daşıyıcı raket Saturn I SA-2
Buraxılma yeri Kanaveral burnu
Buraxılma tarixi 25 aprel 1962, 14:00:34 UTC
Orbitə çıxışı Yerətrafı
Qopma tarixi 25 aprel 1962, 14:03:14 UTC
Bağlı olduğu müddət 2 dəqiqə 40 saniyə
Apoqey 105.3 kilometr
Emblem
Loqonun şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uçuş[redaktə | mənbəni redaktə et]

Uçuş hazırlıqları 27 fevral 1962-ci ildə Kanaveral burnundakı bazada başladı.[2] İlk uçuşdan fərqli olaraq yanacaq sıçramasının qarşısını almaq üçün propellan tankerlərə əlavə dəyişiklik edilən raketin uçuşu 25 apreldə reallaşdı.[3] 2 dəqiqə 40 saniyə ərzində havada qalan daşıyıcı raket 80 km yüksəkliyə qalxmışdı.[4]

SA-2-nin 420 ton çəkisi var idi və uçuş uğurlu alınmışdı.[5]

Məqsədlər[redaktə | mənbəni redaktə et]

SA-2-nin məqsədləri SA-1 ilə əsasən eyni idi. SA-2 Saturn I raketini və H-1 motorları yoxlamaq üçün buraxılmışdı. Xüsusi olaraq, onun hədəfləri hərəkətə gətirmə performansını və missiya adekvatlığını, raketin struktural dizaynını və aerodinamik xarakteristikanı, bələdçi və nəzarət sistemləri və nəhayət raket təchizatını və yer dəstək ləvazimatını yoxlamaq idi. NASA bütün missiyanın uğurla tamamlandığını açıqladı. Əlavə olaraq, SA-1-dəki yanacaq sıçrama problemi minimallaşdırılmışdı.[6]

Bu uçuş, həmdə alimlərə Yerin ionosfer qatını, o cümlədən kosmosdakı buzların davranışını öyrənməyə kömək etməliydi.[7]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ertel, Ivan D; Morse, Mary Louise. The Apollo Spacecraft: A Chronology - Volume 1. NASA. 1969. səh. 155. Special Publication 4009; Accession number N69-32021. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-03.
  2. Ryba, Jeanne. "Saturn Test Flights". NASA.gov. July 8, 2009. October 25, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 3, 2012.
  3. "Big US Rocket Releases 95 Tons of Water in Sky". Nashua Telegraph. 93 (47). Nashua, NH. Associated Press. April 25, 1962. 1, 3.
  4. "Saturn Passes Test". The News and Courier. 162 (116). Charleston, SC. Associated Press. April 26, 1962. səh. 1.[ölü keçid]
  5. Benson, Charles D; Faherty, William Barnaby. Saturn I Launches (1962 - 1965) // Moonport: A History of Apollo Launch Facilities and Operations. NASA. 1978. Special Publication 4204; Accession number N79-12127. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-03.
  6. Brooks, Courtney G; Grimwood, James M; Swenson, Jr, Loyd S. Chariots for Apollo: A History of Manned Lunar Spacecraft. NASA. 1979. 381–2. Special Publication 4205; Accession number N79-28203. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-03.
  7. Woodbridge, David D; Lasater, James A. An Analysis of Project High Water Data. NASA. March 6, 1965. Accession number N65-21330. March 5, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 3, 2021.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]