Savanna iqlimi- Subekvatrorial iqlim qurşağının daxilində savanna təbii zonası daxilində formalaşır.
Ekvatordan bir neçə dərəcə şimal və cənubda yerləşən bölgələrdə iqlim ümumiyyətlə qurudur. Ancaq müəyyən aylarda orada çox isti olur və tez-tez yağışlar yağır. Dünyada yerləşən bu cür yerlərə savanna zonaları deyilir. Bu ad Afrikada geniş ərazini tutan savanna regionundan gəlir. Savanna iqlim qurşağı ekvatordan hər iki tərəfində olub, tropik xətlərin arasında yerləşir. Hansı ki, tropik xətlərdə günəş ildə iki dəfə zenitdə olur. Bu zaman həmin ərazilərdə hava çox isti olur. Bu istilər zamanı yüksək miqdarda su buxarlanır ki, bu yenidən leysan yağışları formasında geri qayıdır. Savanna iqlim qurşağı ekvatorial zonayada uyğun gəldiyi üçün mart və sentyabr aylarında da günəş zenitdə olur. Bu zaman da bu dövr yağıntılı olur. Yağışlı mövsümlər bir-birinə yaxındırlar ki, onlar demək olar ki, birinə daxil olurlar. Savanna iqlim tipində yağıntılı ayların sayı 8-ə 9-a qədərdir.