Savoniya Tətbiqi Elmlər Universiteti

Savoniya Tətbiqi Elmlər UniversitetiFinlandiyanın ən böyük universitetlərindən biri. Bu ali təhsil müəssisəsi politexnik statusunu daşıyır.

Savoniya Tətbiqi Elmlər Universiteti
Savonia-ammattikorkeakoulu[1]
Loqonun şəkli
Xəritə
62°53′32″ şm. e. 27°37′52″ ş. u.HGYO
Əsası qoyulub 1992
Tip dövlət universiteti
Ölkə
Ünvan Finlandiya
Sayt savonia.fi
savonia.fi/en/homepage/

Tarixi və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Altı müstəqil institutun və akademiyanın birləşməsi yolu ilə 1992-ci ildə yaradılmış universitet aparıcı mövqeyə malikdir.

Savoniya Tətbiqi Elmlər Universitetində təlim özündə praktik bacarıqlarla nəzəri bilikləri birləşdirir. Tədris prosesi mühazirələr, layihə və laboratoriya işləri, seminarlar, həmçinin tədqiqatlar kimi müxtəlif növ təlim istiqamətlərini əhatə edir. Tələbə özü üçün tədris planını müəyyən edir. Proqramlar baza, peşəkar təhsil, təcrübədən və diplom yazılışından ibarətdir. Bu gün universitetdə 6500 tələbə təhsil alır.

Universitet tələbələrə yeddi sahə üzrə təhsil alma imkanını təklif edir:

  • texnologiya, kommunikasiya və nəqliyyat (elektronika, informasiya texnologiyaları, yanğın təhlükəsizliyi, ağac emalı, tikinti, elektrotexnika, ekotexnologiyalar, avtomatlaşdırma, maşınqayırma,);
  • təbiət elmləri;
  • sosial elmlər, biznes və idarəetmə (beynəlxalq idarəetmə, maliyyə, marketinq, idarəetmə, maliyyə idarəetməsi);
  • mədəniyyət (musiqi, xoreoqrafiya təhsili, dizayn);
  • təbii resurslar və ətraf mühit (kənd təsərrüfatı);
  • turizm və mehmanxana biznesi (mehmanxana və restoran biznesi);
  • sosial xidmətlər, səhiyyə və idman (tibb işi, sosial iş, bioanalitika, fizioterapiya, stomatoloji gigiyena).

Ali təhsil müəssisəsində tədris prosesi fin və ingilis dillərində aparılır.

Bakalavriatura təhsil pilləsində abituriyentlərə 30 proqram təklif edilir, əksəriyyəti fin dilində öyrədilir və yalnız 4 proqram ingilis dilində keçirilir. Həmçinin bir sıra magistratura səviyyəsi proqramları mövcuddur.

Universitet müasir texniki laboratoriyalarla təchiz edilib. Bu laboratoriyalarda əsasən informasiya texnologiyaları sahəsində yerli və beynəlxalq proqramlar çərçivəsində tədqiqat işləri yerinə yetirilir. Bunun nəticəsidir ki, universitet dünyanın bir sıra nüfuzlu şirkətləri ilə əməkdaşlıq edir.

Universitet şəhərcikləri 3 şəhərdə yerləşir: Varkaus, Kuopio və İysalmi. Bu şəhərciklərdə tələbələrin yüksək təhsilə yiyələnməsi ilə yanaşı yaşama yeri ilə təminatı, istirahətlərinin təşkili və tibbi xidmətlərdən yararlanması baxımından da lazımi şərait yaradılıb. Universitetdə müasir İKT ilə təchiz olunmuş zəngin kitabxanalar fəaliyyət göstərir. Tələbələr asanlıqla kitabxana sisteminin geniş elektron bazasından istifadə edə bilərlər.

İngilis dilində tədris proqramları

[redaktə | mənbəni redaktə et]

Savoniya Tətbiqi Elmlər Universiteti hər il ingilis dilində bakalavr dərəcəsi üzrə beynəlxalq proqramlar təklif edir. Bu proqramların hədəfi tələbələrə ingilis dilində keyfiyyətli təhsili verməkdən ibarətdir. Tələbələrin 50 faizindən çoxu Avropa, Amerika, Asiya və Afrika ölkələrindən gəlirlər. Beləliklə, tələbələr müxtəlif mədəni qrupları yaradırlar. Həmçinin hər il ali məktəbə mübadilə proqramları üzrə də tələbələr təhsil almağa gəlir.

Savoniya Tətbiqi Elmlər Universitet ingilis dilində informasiya texnologiyaları, sənayenin idarə edilməsi, beynəlxalq biznes və ixtisaslaşma tədris proqramlarını təqdim edir.

İnformasiya texnologiyaları (Information Technology) universitetin ən nüfuzlu tədris proqramı hesab edilir. Bu proqram informasiya texnologiyaları, elektronika, hesablama texnikası, avtomatlaşdırma və telekommunikasiya sahələri üzrə karyeraya tələbələri hazırlayır. Tədris proqramı işgüzar həyat tələbləri, layihələrə rəhbərlik, marketinq, elektronika, informatika, proqramlaşdırma və telekommunikasiya haqqında baza biliklərini verir. Xüsusi diqqət proqram təminatı, kompüter şəbəkələri və qurulan sistemlərin hazırlanmasına ayrılır. Məzunlar aparat və proqram təminatı, idarə etmə, zavodların və müəssisələrin istismarı, konsultasiya, texniki dəstək və marketinq sahələrində çalışa bilərlər.

Sənayenin idarə edilməsi (Industrial Management) proqramı üzrə təlimin mahiyyətini texnologiyalar, texnika, istehsal, logistika və maddi-texniki təminat, biznesi idarə etmə və beynəlxalq vəziyyətdə malların və xidmətlərin satışı istiqamətlərində biliklər və bacarıqlar təşkil edir. Təlimin hədəfi menecerlər, qrup rəhbərləri, konsultantlar, sənaye istehsalatı və beynəlxalq biznes sahəsində tələb olunan ekspertlərin hazırlanmasından ibarətdir.

Beynəlxalq biznes (International Business) tədris proqramı universitetin geniş profilli proqramlarından biridir. Bu proqramda layihələri idarə etmə və biznes-idarəetmə sahəsində ixtisaslaşma təklif edilir. Layihələri idarə etmə ixtisaslaşması yeni texnologiyaları, müxtəlif məhsulları, xidmətləri və istehsal hazırlamalarını əhatə edir. Biznes-idarəetmə ixtisaslaşmasında beynəlxalq biznesdə marketinq, məhsulların satış texnologiyaları, müştəri xidməti cəmləşir.

İxtisaslaşma tədris proqramının predmetləri sosial şəbəkələr, məlumat bazaları və mobil xidmətlər sahəsində proqram təminatının hazırlanmasında ixtisaslaşıb. Kompüter şəbəkələri sahəsində xüsusi diqqət dizayn işinin, şəbəkələrin və xidmətlərin (simli və simsiz şəbəkə texnologiyaları) texniki xidmətinin öyrənilməsinə ayrılır. Həmçinin inteqrasiya edilmiş sistemlər, məhz onların dizaynı, müxtəlif istiqamətləri əhatə edən proqramların hazırlanması öyrədilir.

Universitetin texniki fakültələrinə qəbul

[redaktə | mənbəni redaktə et]

Savoniya Tətbiqi Elmlər Universitetinə daxil olma yalnız qış semestrində mümkündür. İngilis dilli fakültələrə tələbə qəbulu adətən yanvar-fevral aylarında olur. Müsabiqədə iştirak tələblərinə orta təhsil və ya orta peşə təhsilini bitirmə haqqında şəhadətnamə və ingilis dili bilikləri sertifikatı (TOEFL və ya IELTS) daxildir.

Qəbul imtahanları riyaziyyat, fizika və ya kimya üzrə (öz seçimi ilə) keçirilir.

İmtahanlar yazda keçirilir. Əvvəlki illərin imtahan nümunələrini elektron poçt vasitəsilə əldə etmək olar.

Bakalavriatura təhsil müddəti 3,5 ildən 4,5 ilə qədər təşkil edir və bir neçə mərhələni özünə daxil edir: baza təlimi - ümumi təhsil intizamları öyrənilir və xüsusi təlim - təhsil müddətində alınmış bilikləri tətbiq etməyə icazə verən təcrübənin keçilməsi və elmi işin yazılışı.

Magistratura səviyyəsinin təhsili mütəxəssislərin praktik hazırlığına yönəldilib və təhsil proqramı hətta konkret işə götürənin ehtiyaclarını nəzərə alaraq hazırlanmış ola bilər. Təlim 1,5-2 ili əhatə edir.

Tədris ili iki semestrdən ibarətdir və sentyabrdan maya qədər davam edir.

  1. 1 2 3 https://www.kiwi.fi/pages/viewpage.action?pageId=50169951.