Saxokiyan itburnusu (lat. Rosa sachokiana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Saxokiyan itburnusu | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Saxokiyan itburnusu |
||||
Beynəlxalq elmi adı | ||||
|
Qafqazda (Ermənistan, Zəngəzur) və İranda təbii halda yayılmışdır.
Naxçıvan MR dağları, Quba, Şamaxı, Qobustan (Təzə Zarat, Qarayataq), Şəki və Dağlıq Qarabağ rayonları ərazilərində rast gəlinir.
Azərbaycanın nadir bitkisidir.VU D2.
Aşağı dağ qurşağından orta dağ qurşağına qədər açıq işıqlı yerlərdə daşlı qayalı quru yamaclarda yayılmışdır.
Azərbaycanda dar bir arealda yayılmışdır.
Təbiətdə alçaqboylu, 60-80 sm hündürlüyündə olan koldur. Qоpаrtikanı möhkəm, аdətən, düz bəzən bir qədər оrаqvarı əyilmiş qаidəsi enlidir. Yаrpaqlаrı 5, bəzən 7 ədəd, хırdа, 8–15 mm uzunluqda və 5–8 mm enində, tərs yumurtavarı, seyrək hаllаrdа еllipsvarı, qаidə hissəsi pazvarı daralmış, təpəsi dairəvi, bəzən qısa sivriləşmiş, üst tərəfdən çılpaq və ya seyrək vəzicikli, alt tərəfdən iyli vəziciklərlə örtülü, kənarı vəzicikli mişardişli yаrpаqcıqlаrdan ibarətdir. Yаrpаqаltlığı iri, 12–15 mm uzunluqdadır. Меyvəsi iri ovalşəkilli və yа enli ovalşəkilli qırmızıdır. İyul аyındа çiçək açır
Təbiətdə generativ və vegetativ yolla çoxalır.
Başlıca olaraq insan fəaliyyətidir.
Məlumat yoxdur.
Xüsusi tədbirlər tərtib edilməmişdir.
Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilməsi zəruridir.