Sayınqala mahalı

Sayınqala mahalı (hazırda Şahindej) — Urmiya vilayətinin inzibati bölgələrindən biri.

Hazırda Şahindej adlanan bu mahal Marağanın cənub-şərqində yerləşir. Şimaldan Əcirli, Çahardol mahalları, cənubdan Saqqız mahalı, şərqdən Takab mahalı, qərbdən Bokan mahalı ilə həmsərhəddir. Əhali əsasən maldarlıqla məşğul idi.

Mahal onun qərb sərhəddindəki Zarrinehçayın Sarıq qolu və burada mövcud olan çeşmələrin suyu ilə təmin edilirdi. XVIII, XIX yüzillərdə Sayınqaladan başqa yerlərə gedən yollar (MiyandoabTakab yollarını istisna etməklə) yararsız idi. Nisbətən əlverişli olan Miyandoab və Takab yolları da yağışlı və qarlı günlərdə keçilməz olurdu.

Mahalın cənub-qərbində Kirifli (Kərəftu adlanır) dağı uzanır. Orada bir sıra mağaralar vardır. Dağın müxtəlif yerlərində və mağaraların divarlarında çoxlu daşüstü təsvirlər və yazılar vardır.

Mərkəzi Kürdistan əyalətinə gedən yol üzərində yerləşən Sayınqala kəndi müəyyən strateji və hərbi əhəmiyyətə malik idi. Sayınqalada Böyük xan, Mirzəcan, Qırxayaq və Şahməhəmməd Novdanı adlı çeşmələr axırdı. Çox güman ki, kənddə müdafiə əhəmiyyətli Sayın adlı qalanın olması ilə əlaqədar olaraq ona həmin ad verilmişdir. Sayınqala ətrafında Avşar elinin Araşlı və Qasımlı oymaqlarının tayfa-tirələri yaşayırlar.

Sayınqala mahalında Mahmudcuq (şiə kürdlər), Səfəxana, Ağ təpə kimi kəndlərdə kürdlər qərar tuturlar.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "B.Məmmədli. Ə.Çingizoğlu. Urmiya xanlığı. Bakı: Mütərcim, 2013, s.33-34" (PDF). 2020-06-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-01-05.