Sayalı Sadıqova

Sayalı Allahverdi qızı Sadıqova (22 iyun 1960, Krasnoselsk rayonu) — Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavinidir.

Sayalı Sadıqova
Sayalı Allahverdi qızı Sadıqova
Doğum tarixi (64 yaş)
Doğum yeri Cil, Çəmbərək rayonu, Ermənistan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi dilçi
Elmi dərəcələri elmlər doktoru, professor.
Elmi adları AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini
Təhsili

Sayalı Sadıqova 1960-cı ildə ən qədim tarixə malik olan Qərbi Azərbaycanın Göyçə mahalında, Krasnoselo rayonunun Cil kəndində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə Cil kənd orta məktəbində birinci sinfə getmiş, 1977-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. Həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin (APİ) filologiya fakültəsinə daxil olmuşdur. Təhsil aldığı illərdə İnstitut Tələbə Həmkarlar təşkilatının sədri, Tələbə Elmi Cəmiyyətinin sədr müavini olmuşdur. 1981-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1981-1984-cü illərdə Azərbaycan dili ixtisası üzrə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin aspirantı olmuşdur.

Elmi fəaliyyətə 1984-cü ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi vəzifəsi ilə başlamışdır. 1986-cı ildə “Azərbaycan ədəbi dilində termin söz birləşmələri” mövzusunda namizədlik dissertasiyasını 26 yaşında müdafiə etmişdir. S.A.Sadıqova bu sahədəki fəaliyyətini davam etdirmək məqsədi ilə 1994-1997-ci illərdə Nəsimi adına Dilçilik İnstitutunda əyani doktoranturaya qəbul olmuşdur. 1997-ci ildə doktorluq işi müzakirə olunaraq müdafiəyə buraxılmış və yenidən Terminologiya şöbəsində elmi fəaliyyətini davam etdirmişdir. 1999-cu ildə “Azərbaycan dilində fizika-riyaziyyat terminologiyasının formalaşması və inkişafı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. S.Sadıqova 2000-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Terminologiya şöbəsinin müdiridir. 2001-ci ildən AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini və məsul katibi, 2012-ci ildən Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavinidir. Bu illərdə onun rəhbərliyi ilə Terminologiya Komissiyasının qərarı ilə 180-ə qədər terminoloji lüğət nəşr olunmuşdur. 2002-ci ildən AMEA RH yanında Terminologiya Komissiyasının xətti ilə nəşr olunan “Terminologiya məsələləri” toplusunun redaktorudur. S.Sadıqova uzun müddət Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirmə Şurasının üzvü olmuş, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Dilçilik üzrə Müdafiə Şurasının sədr müavini və Dilçilik İnstitutunda Elmi seminarın sədridir. S. Sadıqovanın rəhbərliyi ilə dilçiliyin müxtəlif problemləri ilə bağlı 16 filologiya üzrə fəlsəfə doktoru, 2 nəfər filologiya üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır. 2008-ci ildə AAK tərəfindən ixtisas üzrə professor adı verilmişdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dəvəti ilə İstanbul şəhərində 16 noyabr 2012-ci il tarixində ilk iclasında iştirak etmiş, Türk dillərinin vahid terminologiyasının yaradılması sahəsində Ekspertlər Komitəsinin və Ortak Terminoloji Kurulun üzvü seçilmişdir. Türk dillərinin ortaq əlifbasının qəbul edilməsi və prinsiplərinin hazırlanmasında iştirak etmişdir. 2013-cü ildə Türki kenesi Terminologiya Komitəsinin təşkilatçılığı ilə Qazaxıstanda yaranan Türki Akademiyasında Türk dillərinin Terminologiya məsələləri termin yaradıcılığı prosesi ilə bağlı toplantıda iştirak etmiş və Türki kenesi Terminologiya Komitəsinin üzvü seçilmişdir. 2017-ci ildən Azərbaycan Respublikasının Prezidenti İ. Əliyevin sərəncamı ilə yaradılan Dil Komissiyasının üzvüdür. Azərbaycan dilçilik elminin inkişafındakı xidmətlərinə görə professor S.A.Sadıqova 12 dekabr 2005-ci ildə AMEA-nın 60 illiyi və 29 oktyabr 2010-cu ildə anadan olmasının 50 illiyi, 2020-ci ildə anadan olmasının 60 illiyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif edilmişdir. Elmi və təşkilati fəaliyyəti yüksək qiymətləndirilərək 2015-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Tərəqqi medalı” ilə təltif edilmişdir. S.A.Sadıqova 2017-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə “İlin alimi”, Azərbaycan Kütləvi İnformasiya Şurası tərəfindən Azərbaycan dilinin qorunmasının təmin edilməsindəki fəaliyyətinə, Vətənə və xalqa layiqli xidmətlərinə görə “İlin nüfuzlu ziyalısı” ali media mükafatına, 2018-ci ildə yaradıcılıq fəaliyyətinə görə KİV və Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl qələm” media mükafatına layiq görülmüşdür.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Dilçiliyin müxtəlif sahələrinə, xüsusilə, terminologiya, leksikologiya, dil tarixi, dil nəzəriyyəsi və dil əlaqələri ilə bağlı 30 monoqrafiyanın, 400-ə yaxın məqalənin müəllifidir. Azərbaycan dilində fizikariyaziyyat terminologiyasının formalaşması və inkişaf tarixi, yaranma mənbələri, üsulları, beynəlxalq terminlər, onların terminoloji lüğətlərdə verilməsi qaydalarını tədqiq etmişdir. Həmin sahə ilə bağlı “İzahlı fizika-riyaziyyat terminləri lüğəti”(Ba¬kı, Elm, 1998) nəşr olunmuşdur. Terminologiyanın aktual problemlərinin tədqiqində və inkişafında, nəzəri problemlərinin araşdırılmasında S.A.Sadıqovanın mühüm xidmətləri vardır. Müəllifin “Azərbaycan dili terminologiyasının nəzəri problemləri” (B., “Elm”, 2002), “Azərbaycan dilində terminologiyanın təşəkkülü və inkişafı” (B., “Elm”, 2005), “Терминологические словосочетания в Азер¬байджанском литературном языке” (Б., “Елм”, 2007), “Müasir Azərbaycan ədəbi dilində termin yaradıcılığı prosesi” (B., “Elm”, 2010), “Azərbaycan dilinin terminologiyası “(B., Elm, 2011), üç cildlik “ Dilciliyin nəzəri problemləri”(B., Elm, 2010-Ic; 2011-IIc; 2012-IIIc;) “Azərbaycan dilində terminologiyanın standartlaşdırma formaları” (Ba¬kı, Elm, 2015), “Müstəqillik illərində terminologiyanın inkişafı”(Ba¬kı, Elm, 2016)” “Azərbaycan Xalq Cümhuriyyəti və milli ədəbi dilin inkişaf tarixi”(1918-2018; Bakı,”Avropa”, 2018, 494 səh.) , “Azərbaycan ədəbi dilinin zənginləşmə mənbələri və inkişafı”(Ba¬kı, Elm, 2020, 416 səh. həmmüəllif) əsərləri dilçilik elminə qiymətli töhfədir. Bu əsərlərin bir qismi Azərbaycanda, bir qismi isə xarici ölkələrdə nəşr edilmişdir. Alimin üç cildlik “Dilçiliyin nəzəri problemləri”, “Azərbaycan ədəbi dilinin zənginləşmə mənbələri və inkişafı”, “Azərbaycan dilinin terminologiyası” , “Azərbaycan dilində terminoqrafiyanın konseptual əsasları” və s. kitabları milli dilçilik xəzinəsinin ən kamil və dəyərli incilərindəndir. Bu əsərlərdə ədəbi dilin inkişafı, türk dillərində ortaq terminologiya, söz yaradıcılığı prosesi, dilin zənginləşmə mənbələri, müasir mərhələdə terminologiyanın formalaşması, terminlərin yaranma üsulları, mənşəyi ilə bağlı aktual problemlər zəngin faktlarla araşdırılmışdır. Terminlərin mahiyyəti, terminlərin təşəkkül və formalaşma tarixi, dilin leksik sistemində yeri, terminlərin yaranma prosesi, yaranma yolları, struktur-semantik xüsusiyyətləri, terminlərin terminoloji lüğətlərdə əksi, verilmə prinsipləri, ədəbi dilin zənginləşmə mənbələri, inkişafı və s. məsələlər ilə bağlı davamlı olaraq tədqiqatlar aparır.

  1. Azərbaycan dilində fizika-riyaziyyat terminologiyasının formalaşması və inkişafı. Bakı, “Elm” nəşriyyatı, 1997, 191 səh.
  2. Azərbaycan dilində izahlı fizika-riyaziyyat terminləri lüğəti. Bakı, “Elm” nəşriyyatı, 1998, 116 səh.
  3. Azərbaycan dili terminologiyasının nəzəri problemləri. Bakı, “Elm” nəşriyyatı, 2002, 230 səh.
  4. Azərbaycan dilində terminologiyanın təşəkkülü və inkişafı. Bakı, “Elm” nəşriyyatı, 2005, 348 səh.
  5. Терминологические словосочетание в Азербайджанском языке. Баку, «Элм», 2007, 160 с.
  6. Ulduzlar sönmür, şəhidlər ölmür. (Şəbnəm Həsənli-Qəribova ilə) Bakı, “Nurlan” nəşriyyatı, 2009, 210 səh.
  7. Müasir Azərbaycan ədəbi dilində termin yaradıcılığı prosesi. Bakı, “Elm” nəşriyyatı, 2010, 244 səh.
  8. Dilçiliyin nəzəri problemləri. I cild, Bakı, “Elm” nəşriyyatı, 2010, 228 səh.
  9. Dilçiliyin nəzəri problemləri. II cild, Bakı, “Elm” nəşriyyatı, 2011, 320 səh.
  10. Azərbaycan dilinin terminologiyası. Bakı, “Elm” nəşriyyatı, 2011, 380 səh.
  11. Azərbaycan dilçiliyi müntəxəbatı. II cild. (tərtibçi). Bakı, “Abis Alorço” nəşriyyatı, 2013, 438 səh.
  12. Dilçiliyin nəzəri problemləri. III cild. Bakı, “Elm” nəşriyyatı, 2013, 288 səh.
  13. Azərbaycan dilində terminologiyanın standartlaşdırma formaları. Bakı, “Elm” nəşriyyatı, 2015, 484 səh.
  14. İzahlı terminlər lüğəti. I cild. (Sima Quliyeva ilə)), Bakı, “Avropa” nəşriyyatı, 2015, 242 səh.
  15. Müstəqillik illərində Azərbaycan dilində terminologiyanın inkişafı. Bakı, “Avropa” nəşriyyatı, 2016, 396 səh.
  16. Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti. (Şəbnəm Həsənli Qəribova ilə ), Bakı, “Elm” nəşriyyatı, 2016, 213 səh.
  17. Dilçilikdə Ağamusa Axundov fenomeni. Bakı, “Avropa” nəşriyyatı, 2017, 112 səh.
  18. Qəzənfər Şirin oğlu Kazımov. Biblioqrafiya. Bakı, “Avropa” nəşriyyatı, 2017, 144 səh.
  19. İzahlı yeni terminlər lüğəti. (Şəbnəm Həsənli Qəribova ilə), II cild. Bakı, “Elm” nəşriyyatı, 2018, 243 səh.
  20. İzahlı dilçilik terminləri lüğəti.(həmmüəllif) Bakı, “Elm” nəşriyyatı, 2018, 912 səh.
  21. Azərbaycan Xalq Cümhuriyyəti və milli ədəbi dilin inkişaf tarixi.(Şəbnəm Həsənli Qəribova ilə) Bakı, “Avropa” nəşriyyatı, 2018, 494 səh.
  22. Dilçilik elmində Afad Qurbanov irsi. İstanbul, ”İmak” nəşriyyatı, 2019, 200 səh.
  23. İzahlı dilçilik terminləri lüğəti (həmmüəllif) . Bakı, “Elm” nəşriyyatı, 2019, 1200 səh.
  24. Azərbaycan ədəbi dilinin zənginləşmə mənbələri və inkişafı. (akademik Möhsün Nağısoylu ilə), Bakı, “Elm” nəşriyyatı, 2020, 420 səh.
  25. Azərbaycanca-türkcə izahlı dilçilik terminləri lüğəti. (Şəbnəm Həsənli Qəribova ilə), Bakı, “Elm” nəşriyyatı, 2020, 420 səh.
  26. Nəriman Nərimanov və Azərbaycan dili, Bakı, “Avropa” nəşriyyatı, 2021, 187 səh.
  27. Azərbaycan dilçiliyi simalarda, Bakı, Apostrof, 2021, 1092 səh.
  28. Azərbaycan filologiyasında Möhsün Nağısoylu yaradıcılığı, Bakı, “Sədəf” nəşriyyatı, 197 səh.
  29. İzahlı yeni terminlər lüğəti, Bakı, Elm, 2022, 224 səh.
  30. Azərbaycan terminoqrafiyasının konseptual əsasları, Bakı, 2023, 840 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. dos. dr. Şəlalə Ana Hümmətli. "Bir alim ömrünün salnaməsi, yaxud zirvənin sirri". Türküstan. 13–19 iyul 2021. Archived from the original on 2023-02-10. İstifadə tarixi: 6mart 2023.