Sayama hadisəsi

Sayama hadisəsi (yap. 狭山事件 Sayama ciken) — 1963-cü ildə Yaponiyanın Saytama prefekturasına aid olan Sayama şəhərində baş verən qətl. Günahkar bilinən Kazuo İşikava 31 illik həbs cəzasına məruz qaldı. İşikava burakumin olduğundan bu hadisə müasir Yaponiyada burakuminlərin diskriminasiyası epizodu kimi geniş yayındı.

1 may 1979-cu il tarixində 16 yaşlı Yoşie Nakata (yap. 中田 善枝) evə qayıdarkən itkin düşdü[1]. Həmin gün axşam saatlarında naməlum şəxs qapısı önündə girov tələb edən məktub qoydu. Girov ¥2000000 (o vaxtın kursu ilə təxminən $55486) təşkil edirdi və cinayətkar pulu növbəti gün saat 12.00-da evinin yanına gətirməyini tələb edirdi. Təyin olunmuş vaxtda qızın bacısı (sonradan intihar törətdi) pulu mühafizə orqanlarının nəzarəti altında yerinə gətirdi. Cinayətkar qıza yaxınlaşıb onunla danışsa da, nəzarəti hiss edib yerindən uzaqlaşdı.

Mayın 4-ü səhər vaxtlarında Nakatanın cəsədi şəhər alleyasında bastırılmış tapıldı. İstintaq onun zorlanıb və öldürüldüyünü təsdiq etdi. KİV polisi sərt tənqid edib hadisəni həmin ilin aprel ayında baş vermiş Yoşinobu Murakoşinin oğurluğu ilə müqayisə etdi. Mayın 6-sı Nakatanın yaşadığı rayonda intihar hadisəsi baş verdi. Polis intihar edən kişinin qan qrupu cinayətkarın qan qrupu ilə eyni olduğunu söylədi.[2].

Həbs və məhkəmə prosessi

[redaktə | mənbəni redaktə et]

Mayın 32-də polis burakuların yaşadığı yerdə 21 yaşlı Kazuo İşikavanı (yap. 石川 一雄) Yoşie Nakatanı öldürməkdə ittihamlayaraq həbs etdi. Əvvəlcədən günahkar olduğunu inkar edən İşikava sonradan iyunun 20-də Nakatanı oğurlayıb öldürdüyünü və bir neçə başqa insanların oğurladığını da boynuna aldı. Lakin, sonradan Kazuo polisin ona başqa oğurluğları boynuna aldığı təqdirdə ona güzəştə gedəcəyini söz verib, sonradan isə verdiyi sözləri yerinə yetirmədiyini bəyan etdi.

İşikava və onun tərəfdaşları polisin ona hədə qorxu gəlməylə və bir aylıq izolyasiya etməklə Nakatanın oğurladığını etiraf etdirdilər. Həmçinin, İşikavanın dediyinə görə, polislər onun savadsız olduğundan istifadə edib ona vəkil tutmaq haqqı olduğunu deməyib, hətta imzalamalı olduğu "etirafı" belə özləri yazmışdılar[3].

Nəticədə Kazuo günahkar bilinib və ölüm cəzasına məruz qaldı. Sonradan ölüm cəzası ömürlük cəza ilə dəyişildi. Düzdür, sonradan onun tərəfdaşları onun 1994-cü ildə şərti azad olunmasına nail oldular. Həbsxanadan çıxdıqdan sonra İşikava cəzasının aradan qaldırılması lehinə kampaniyaya başladı. 2012-ci ildə o, "Mən "qatil" möhürünü silmək istəyirəm"[4]. Onun tərəfinə məhkəmə İşikavanaın burakumin olduğu faktına əsaslanaraq onu günahkarlandırdığını söyləyən insan haqqları müdafiəsi qrupu da keçdi[5].

  1. "No. 122". Buraku Liberation and Human Rights Research Institute. 2002-01-29. 2012-08-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-04-30.
  2. "UPDATE (Japan): Call for On-line petition for a justice of a man sentenced to death row by false accusation". 2011-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-25.
  3. Confession-based convictions questioned | The Japan Times Online
  4. "Paroled murderer maintains innocence over 1963 Sayama case". Japan Policy & Politics. 2002. 2012-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-25.
  5. "Man found guilty in '63 murder case seeks retrial". The Japan Times. 2006-05-24. 2012-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-03-26.
</references>

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]