Sayqo Takamori

Sayqo Takamori (西郷 隆盛?, d. 23 yanvar 1828 - ö. 24 sentyabr 1877)Yaponiya tarixində ən əhəmiyyətli samuraylardan biri. Meyci islahatının keçirilməsində rol oynamış 3 əsas şəxsiyyətdən biridir. Edo dövrünün sonunda və Meyci dövrünün əvvəlində yaşamış Takamori çox vaxt "əsl sonuncu samuray" adlandırılır.[1] Doğum adı Sayqo Kokuçidir (西郷 小吉?), Takamori soyadını yetkin yaşlarında almışdır. Sayqo Nanşu (西郷 南洲?) təxəllüsü ilə ədəbiyyatla da məşğul olmuşdur.[2] Balaca qardaşı Sayqo Cudo qensuy hərbi rütbəsinə malik idi.

Sayqo Takamori
yap. 西郷 隆盛
Edoardo Çiozzone tərəfindən çəkilmiş portreti (1877-ci ildən öncəsinə aiddir).
Edoardo Çiozzone tərəfindən çəkilmiş portreti (1877-ci ildən öncəsinə aiddir).
Şəxsi məlumatlar
Ləqəbi 西郷三助, 菊池源吾, 善兵衛
Doğum adı 隆永
Doğum tarixi
Doğum yeri Kaqoşima, Satsuma hanı
Vəfat tarixi (49 yaşında)
Vəfat yeri Kaqoşima, Yaponiya İmperiyası
Vəfat səbəbi naməlum
Vətəndaşlığı
Uşaqları 3 oğul, 1 qız
Hərbi fəaliyyəti
Mənsubiyyəti Satsuma xanlığı
Qoşun növü Yaponiya İmperator ordusu
Xidmət illəri 1872–1873
Döyüşlər Toba-Fuşumi döyüşü, Kumamoto qəsri döyüşü, Tabaruzaka döyüşü, Şiroyama döyüşü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sayqo ən çox 1877-ci ildə Meyci islahatı nəticəsində samuraylara qarşı qoyulan məhdudiyyətlərə qarşı çıxmaq üçün başlatdığı Satsuma üsyanına görə tanınır. Onun üsyanı daha müasir silahlara malik olan hökumət ordusu tərəfindən asanlıqla yatırılmışdır və Sayqo üsyanın son döyüşündə ölmüşdür. Yaponiyada onun şərəfinə bir neçə heykəl qoyulmuşdur.

Sayqo Takamori uniformada.

23 yanvar 1828-ci ildə müasir Kaqoşima prefekturasının tərkibində olan Satsuma xanlığında anadan olmuşdur (yaponiya təqviminə görə isə Bunsey dövrünün 10-cu ayında).

Sayqo əvvəlcə aşağı rütbəli samuray kimi xidmət göstərirdi. Sayqonun ailəsinin rəsmi statusu Cokaşi (tam samuray) olsa da, qoşi (kəndli samuray) kimi yaşayırdılar. Onlar kifayət qədər kasıb idilər.

Takamori 1854-cü ildə daymyo Şimazu Nariakiraya Kobu qattay hərəkatında kömək etmək məqsədilə Edo şəhərinə köçmüşdür. Daymyonun ölümündən sonra Edodakı fəaliyyəti yarımçıq qalmış və Kaqoşimaya geri qayıtmışdır. O, yaxalanmış və Amami Oşima adasında sürgün edilmişdir. 1861-ci ildə bu dəfə başqa daymyo Şimatsu Hisamitsu tərəfindən Amami Oşimanın cənubundakı Okinoerabu adasına sürgün edilmişdir. 1864-cü ildə Hisamitsu onu əfv etmiş və xanlığın maraqlarını müdafiə etməsi üçün Kiotoya göndərmişdir.

1868-ci ildə şoqunun gücü imperatora qaytarmasından sonra Sayqo bu həll müzakirəsinə şiddətlə qarşı çıxmışdır. Onun inadkarlığı Boşin müharibəsinin əsas səbəblərindən biri idi.

Meyci hökumətinin qurulmasından sonra Sayqo digər liderlər kimi aktiv olmasa da, hökumətdəki əsas yerini qorumuşdur. O, xanlıq sisteminin ləğv olunmasında xüsusi rol oynamışdır. O, Yaponiyanın müasirləşməsinə və Qərb ənənələrinə meyl etməsinə qarşı çıxmışdır. O, həmçinin dövlət pulunun dəmiryollarına deyil, orduya xərclənməli olduğunu müdafiə etmişdir.[3] Koreya hökuməti Meycini imperator kimi tanımayanda Sayqo Koreyanı ziyarət edib casus belli əldə etməyi təklif etsə də, planı qəbul edilməmişdir. Bundan sonra hökumətdən ayrılıb Kaqoşimaya qayıtmışdır.

Ueno parkındakı heykəli.

Hökumətin samuraylara öz statuslarını təhvil verməsi barədəki qərarlarından narazı qalan bəzi samuraylar 1877-ci ildə Kaqoşimada mərkəzi hökumətə qarşı gəlməyə başladılar. Sayqo da Satsuma üsyanı adlı bu üsyana başçılıq etməyə başladı.

Sayqo üsyan zamanı ölmüşdür. Onun necə öldüyü dəqiq deyil. Köməkçilərinin hesabatlarındakı iddialara görə ağır yaralanan Sayqo seppukudan istifadə etməyə qərar vermiş[4] və köməkçisindən ona kömək etməsini istəmişdir. Komandirləri onun arzusunu yerinə yetirib başını kəsmiş və döyüşçü kimi ölməsinə şərait yaratmışdırlar. Sayqonun ölümü Satsuma üsyanını başa çatdırmışdır.

Sayqo Takamori ilə bağlı bir çox əfsanələr ortaya çıxmışdır. Onların çoxu Takamorinin ölümünü inkar edir.

Ən məşhur Takamori heykəllərindən biri Tokionun Ueno parkında yerləşən, ov paltarında iti ilə təsvir olunduğunu bürünc heykəlidir. Takamura Koun tərəfindən hazırlanan heykəl 18 dekabr 1898-ci ildə qoyulmuşdur. Bu heykəlin başqa versiyası Sayqonun bir zamanlar sürgün olunduğu Okinoerabucimada yerləşir.[5]

  1. History Channel The Samurai, video documentary
  2. Ravina, Mark. The Last Samurai: The Life and Battles of Saigō Takamori. John Wiley and Sons, 2011. Names, Romanizations, and Spelling (page 1 of 2) Arxivləşdirilib 2019-12-22 at the Wayback Machine. Retrieved from Google Books on August 7, 2011. ISBN 1-118-04556-4, ISBN 978-1-118-04556-5.
  3. "On Saigō and the establishment of a railway". 2010-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-20.
  4. Andrew M. Beierle (redaktor). "The Real Last Samurai". Emory Magazine. Emory University. 24 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 April 2009.
  5. Man, John. "In the Footsteps of the Real Last Samurai." SOAS World. 37 (Spring 2011). p30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]