Sayuri (さユり?, 7 iyun 1996, Fukuoka – 20 sentyabr 2024[1]) – Yaponiya müğənnisi, musiqiçisi və mahnı yazarı. Anime serialları üçün bağlanış mahnıları ifa etmişdir.
Sayuri | |
---|---|
yap. さユり | |
Ümumi məlumatlar | |
Ləqəbi | Sanketsu Shōjo Sayuri |
Doğum tarixi | 7 iyun 1996 |
Doğum yeri | |
Vəfat tarixi | 20 sentyabr 2024[1] (28 yaşında) |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, incəsənət xadimi, mahnı yazarı[d], bəstəkar |
Fəaliyyət illəri | 2010–2024 |
Janr | J-pop[d] |
Musiqi alətləri | gitara |
Albom şirkəti | Ariola Japan[d] |
sayuri-official.com sayuri-official.com/en/ |
|
Vikianbarda əlaqəli mediafayllar |
Sayuri 2013-cü ilin avqustunda Tokioya köçmüş, əvvəlcə qapalı məkanlarda, daha sonra küçələrdə ifa etməyə başlamışdır. O, ilk solo performansını 2015-ci ilin martında "Shibuya O-East"də gerçəkləşdirmişdir. 26 avqustda "Mikazuki" adlı ilk sinqlını buraxaraq peşəkar musiqi karyerasına başlamışdır. Mahnı "Rampo Kitan: Game of Laplace" animesinin bağlanış mahnısı kimi istifadə olunmuşdur.[2][3][4]
24 fevral 2016-cı ildə "Sore wa Chiisana Hikari no Youna" adlı ikinci sinqlını buraxmışdır. Mahnı "Erased" animesinin bağlanış mahnısı olmuşdur. Mahnının sözləri animenin bəstəkarı Yuki Kaciura tərəfindən yazılmışdır.[5] 24 iyunda "Lu-La-La-Lu-La-Lu-La-La-Lu-La" adlı üçüncü sinqlını buraxmışdır. Dördüncü sinqlı "Furaregai Girl" 7 dekabrda buraxılmışdır.
1 mart 2017-ci ildə "Parallel Line" adlı beşinci sinqlını buraxmışdır. Bu mahnı "Scum's Wish" animesinin bağlanış mahnısı kimi istifadə olunmuşdur.[6] İlk orijinal musiqi albomu "Mikazuki no Koukai" 17 mayda buraxılmışdır.[7] 28 fevral 2018-ci ildə "Tsuki to Hanataba" adlı altıncı sinqlını yayımlamışdır. Mahnı "Fate/Extra Last Encore" animesinin bağlanış mahnısı olmuşdur.[8][9][10] 27 noyabrda buraxılmış "Reimei" mahnısı "Golden Kamuy" animesinin ikinci açılış mahnısı kimi istifadə olunmuşdur.[11]
25 avqust 2019-cu ildə "My Hero Academia" animesinin dördüncü mövsümünün açılış mahnısı olan "Koukai no Uta" mahnısını ifa edəcəyini açıqlamışdır.[12] 16 may 2020-ci ildə "Aoibashi" mahnısının "Sing "Yesterday" for Me" animesi üçün bağlanış mahnısı olacağı bildirilmişdir. 3 iyul 2022-ci ildə "Lycoris Recoil" animesinin bağlanış mahnısı olan "Hana no Tō" sinqlı buraxılmışdır.[13] 10 avqust 2022-ci ildə ikinci solo albomunu buraxmışdır.[14]
Sayuri 20 sentyabr 2024-cü ildə 28 yaşında xronik xəstəlikdən ölmüşdür. Onun ölümü 27 sentyabrda açıqlanmışdır.[15]