Sazalnik dili — qum-balıqqulağından ibarət olan dil. Azov dənizinin Taqanroq körfəzi sahilində qərarlaşır. Qlafirov dilindən 15 km şimalda yerləşir. İnzibati cəhətdən Krasnodar diyarının Şerbinov rayonu ərazisinə daxildir.
Sazalnik dili | |
---|---|
rus. Сазальникская коса | |
Yerləşməsi | |
46°52′28″ şm. e. 38°30′08″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dil ərazisi düzənlikdir. Eni 3 km, uzunluğu 7 km təşkil edir. Elə də hündür olmayan sahil əraziləri balıqqulağı ilə örtülüdür. Dilin böyük qismini Dolqoe gölü tutur. Azov dənizi ilə kiçik axınla birləşir[1]
Dilin qərb hissəsində yeganə yaşayış məntəqəsi olan Şabelskoe kəndi yerləşir. Kənd ilk dəfə 1783-cü ildə Sazalnik adı ilə təşkil olunmuşdur. Sonradan adı Nikolayev, 1811-ci ildən isə hazlrki adınl almışdır.
Bitki örtüyü: yovşan, qamış. 1977—1978-ci illərdə 36 ha ərazisində Qovaq, Şam ağacı, İtburnudan ibarət ağac və kollar əkilmişdir.