Scambus calobatus (lat. Scambus calobatus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinin ichneumonidae fəsiləsinin scambus cinsinə aid heyvan növü.
Scambus calobatus | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Dəstə: Ranqsız: Yarımdəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Scambus calobatus |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Abşeron yarımadasında geniş yayılmışdır. Hər bir yaşıllıq sahəsində çiçəkli bitkilər üzərində ona rast gəlmək olur. Toplanmış materiallara əsasən, müəyyən edilmişdir ki, o, tək ipəksarıyanın, qızılqarın kəpənəyin, valehedici gözəlçənin və yemişan kəpənəyinin tırtıllarını yoluxdurur. Parazit ikinci və üçüncu yaş tırtılların hər birinin üzərinə bir ədəd yumurta qoyur. Yumurta qoyulandan 3-4 gün sonra onlardan sürfələr çıxır. Parazitin sürfələri 5-6 gün sahibin bədən möhtəviyyatı ilə qidalandıqdan sonra pup mərhələsinə keçir. Pup mərhələsi 10-12 gün çəkir. Ümumi inkişaf müddəti 20-25 gün davam edir. İmaqo mərhələsində ağacların qabığı altında qışlayır. Parazitlər may ayının birinci ongünlüyündən iyul ayının axırınadək fəaliyyət göstərirlər. Təbiətdə, yaşıllıq sahələrindəki çiçəkli ot bitkiləri (xüsusilə yonca bitkisi) üzərindən toplanmışdır. Aparılan hesablamalara əsasən, tək ipəksarıyanın tırtılları parazitlə 32-37,3%, qızılqarın kəpənəyin tırtılları 20-23,3%, valehedici gözəlçənin isə 26-30 % yoluxmuşlar.
Ümumiyyətlə, Abşeron bölgəsinin gülçülük və bağ sahələrində Scambus calobota paraziti, zərərvericilərin sayının aşağı düşməsində mühüm rol oynayır. Aydın olmuşdur ki, həyətyanı sahələrdə parazitin fəaliyyəti daha çox nəzərə çarpır. Çünki həyətyanı sahələrdə olan ağac və kol bəzək bitkilərində heç bir kimyəvi mübarizə tədbiri aparılmır. Parazit ildə iki nəsil verir. Birinci nəsil, təkipəksarıyanın kiçik yaşlı tırtılları üzərində, ikinci nəsli isə müşahidələrimizə əsasən qızılqarın kəpənəyin və valehedici gözəlçənin tırtılları üzərində inkişaf edir.
Parazitin təsərrüfat əhəmiyyəti olduqca böyükdür. Ondan zərərvericilərə qarşı bioloji mübarizədə istifadə etmək mümkündür. Yüksək dərəcədə paraktiki əhəmiyyəti var.
Orta Avropa, Cənubi Avropa, Keçmiş SSRİ-nin cənub hissəsində (Çelyabinsk vilayətində), Tunisdə, Azərbaycanda isə Abşeronda (Mərdəkan) geniş yayılmışdır.