Scrophularia minima

Bala qaraşəngi (lat. Scrophularia minima) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin qaraşəngi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Bala qaraşəngi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Alçaqboylu, 4–10 sm hündürlükdə, çox vaxt al-qırmızı rəngli, çoxillik bitkidir. Yarpaqları 1–4 sm uzunluğunda, 8–20 mm enində, uzunsov, bəzən yumurtavari, küt, bəzən sivri, kənarları noxudvari-dişlidir. Çiçəkqrupu başcıqlı, oval və ya uzunsov, çox çiçəklidir. Çiçəkləri oturaqdır. Kasacıq 4–4,5 mm uzunluğunda, tac iri, al-qırmızı borucuğu 15 mm uzunluqda, yuxarı dodağı dəyirmi, aşağı dodağı yan dilimlərdən uzundur. Qutucuğu 5–6 mm uzunluğunda, şarvari-yumurtavaridir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləməsi iyul-avqust, meyvəverməsi avqust ayına təsadüf edir. Alp qurşağının gilli töküntülərində və qayalıqlarda rast gəlinir.

Böyük Qafqazın Quba sahəsi və qərb hissəsində yayılmışdır.

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Antropogen amillər, populyasiyaları yayılan ərazilərin ekstremal iqlim şəraitinə malik olması, kəskin iqlim dəyişkənliyinə həssaslıqdır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Populyasiyalarının ciddi monitorinq olunması, xüsusi qorunan ərazilər çərçivəsində mühafizə tədbirlərinin görülməsidir.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Yeni yayılma yerlərinin axtarılması tələb olunur.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Scrophucephalus minimus (M.Bieb.) A.P.Khokhr.
  • Scrophularia olympica var. minima (M.Bieb.) Kusn.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Scrophularia pumila Adams ex Ledeb.