Secret Wars (komiks, 2015)

"Secret Wars" (azərb. Gizli müharibələr‎) — 2015-ci ilin 6 mayında Marvel Comics tərəfindən nəşr olunan və hazırda da yayınlanan komiks. Gizli müharibələr Marvel dünyasında baş verən ən böyük hadisədir.

Secret Wars
ing. Secret Wars
"Secret Wars"-un 2015-ci ilin mayında çıxan ilk sayı.
Nəşriyyat Marvel Comics
Yayın tarixi 6 may 2015
Janr super qəhrəmanlıq
Yaradıcı heyət
Yazıçı(lar) Conatan Hikmen
Rəssam(lar) Esad Ribiç

2015-ci ildə nəşr olunan bu komiksdən əvvəl 1984-1985-ci illərdə "Secret Wars" və davamı olan "Secret Wars II", 2004-cü ildə "Nik Furinin Gizli müharibələri" adlı eyniadlı komikslər də nəşr olunmuşdur. Marvel Comics 1985-ci ildə nəşr olunan "Secret Wars" komiksinin 30 illiyi münasibətilə yenə eyniadlı komiks nəşr etmək qərarı almışdır.

Hekəyə üç hissədən ibarətdir:

  • Son günlər (ing. Last Days)
  • Battleworld
  • Müharibə zonaları (ing. War Zones)

Hər şey Qara Panteranın İlluminati komandasını yenidən toplaması ilə başlamışdır. Qrup sonsuz sayda dünyaların tək-tək məhv olduğunu kəşf etmişdir. Bu hadisələrə İşğal (ing. Incussion) adını verdilər. İşğallar iki fərqli kainatın iki fərqli dünyasının toqquşaraq parçalanması və bu səbəblə kainatların da yox olmasıdır. Amma dünyalardan biri məhv edilərsə, kainatlardan birini xilas etmək mümkün olacaqdır. Trilyonları xilas etmək üçün milyardları fəda etmək lazımdır.

8 ay içində Tanosun köməkçisi Kabalın[1] öndərliyində Marvel dünyasının qarşılaşdığı bütün kainatlar tək-tək məhv edilməyə başlamışdır. Bu zaman hər şeyi sirr kimi tutan İlluminati komandası SHIELD üçün işləyən Qisasçılar komandası tərəfindən təqib olunurdular. Doktor Dum isə Molekul-adamla birlikdə hadisələrin başlanğıcına getmək qərarı almışdırlar. Tor və bir neçə Qisasçı İşğalları başladanları tapmaq üçün yola düşmüş, Doktor Strenc isə Rabum Alal adlı şəxsin dalınca düşmüşdür.

Battleworld xəritəsi

Tor və komandası İşğalların səbəbinin Beyonderlər adlı kosmik varlıqlar olduğunu öyrənmişdirlər. Aralarından ikisini məhv etsələr də, Tor daxil olmaqla bütün komanda həlak olmuşdur. Bundan sonra kainatların sayı 22-yə düşmüşdür. Sonda İlluminati və Qisasçılar bir-biriləri ilə döyüşməkdənsə, barışıb birlikdə döyüşməyə başlamışdır.

Bu zaman Doktor Strenc Rabum Alalı tapmış və onun əslində Doktor Dum olduğunu kəşf etmişdir. Dum hər şeyin başlanğıcına gedib Beyonderlərin təcrübələrini pozmaq istəmişdir. Dum və Strenc Beyonderləri məhv etmək üçün yola düşmüşdürlər.

Sadəcə iki kainat qalmışdır. Marvel dünyası və Ultimate Marvel dünyası. (Yer-616 və Yer-1610) Bu iki kainatın da dünyaları İşğala hazırlaşmağa başlamışdır. Amma etməli bir şey də yoxdur. Sadəcə bir neçə super qəhrəman qurtula bilmişdir.

Bu zaman Strenc və Dum Beyonderlərlə döyüşmüşdür. Doktor Dum bütün Beyonderləri məhv etmiş, Biq Banq yaradaraq özünün tanrı olduğu yeni dünya başlatmışdır. Bu dünyanın adı Battleworlddur.[2]

Battleworld diyarları

[redaktə | mənbəni redaktə et]

Qeyd: Mötərizələrdə diyarların baronları göstərilmişdir.

  1. Qrinland (Qırmızı Halk)
  2. Daystopiya (Maestro)
  3. Apokalipsis (Apokalipsis)
  4. Eqiptiya (Xonsu)[3]
  5. Texnopolis (Dəmir adam)
  6. Dum Dərəsi (naməlum)
  7. Hörümçək adası (Hörümçək-kraliça)
  8. Krallıq (Tiran)
  9. Kral Ceymsin İngiltərəsi (naməlum)
  10. Weirworld (naməlum)
  11. Kun-Lun (Fu Mançu)
  12. Utopolis (Hiperion)
  13. Yeni Mars (naməlum)
  14. Dumqard (naməlum)
  15. Yuxarı Avalon (Kapitan Britaniya)
  16. Araxniya (Norman Osborn)
  17. Marvilya (naməlum)
  18. Aqamotto adası (naməlum)
  19. Dumştadt (yoxdur)
  20. Manhetten bölgəsi
    1. Manhetten Krallığı (naməlum)
    2. Yeni Attilan (Meduza)
    3. Yer-616 Manhetten (naməlum)
    4. Yer-1610 Manhetten[4] (naməlum)
    5. Manhetten: Monster Metropolis (naməlum)
  21. Şəhər (Korvak və Möcüzə-adam)
  22. Warzone (Dəmir adam)
  23. Yeni Saxta Şəhər (naməlum)
  24. Uzaq Şərq (naməlum)
  25. Alov Dərəsi (naməlum)
  26. Hidra (naməlum)
  27. 2099 (Hörümçək-adam 2099[5])
  28. Hala sahəsi (naməlum)
  29. M Monarxiyası (Maqnito)
  30. Sentinel Əraziləri (Master Mold)
  31. Çöllüklər (naməlum)
  32. Mutopiya (Reyçl Sammers)
  33. Vestçester (Robert Kelli)
  34. Killvil (Baron Mordo)[6]
  35. Arkadiya (Şi-Halk)
  36. Bəla (Mister Bəlalı)
  37. Limbo (Kiklops)
  38. Didlands (naməlum)
  39. Mükəmməllik (naməlum)
  40. Yeni Ksandar(naməlum)
  41. Qalxan (naməlum)
  42. Naməlum yer (naməlum)
  43. Holi Vud (naməlum)
  1. Secret Wars #3
  2. Secret Wars #2
  3. Secret Wars Journal #1
  4. Magneto Vol. 3 #18
  5. "Arxivlənmiş surət". 2015-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-04.
  6. MODOK Assassin #1

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]