Sehadete Mekuli (alb. Sehadete Mekuli; 16 oktyabr 1928, Oxrid – 12 noyabr 2013, Priştina) — Alban ginekoloq, professor və ictimai fəal. Albanların Yuqoslaviya federasiyası daxilində daha çox muxtariyyət tələb etdiyi 1981-ci il Kosova etirazları zamanı yaralı tələbələrə qulluq göstərən zaman məşhurlaşır. Bunun üçün Yuqoslaviya rəhbərliyi tərəfindən Priştina Universiteti Tibb Fakültəsindəki professorluq dərəcəsindən məhrum edilir və 1988-ci ildə erkən təqaüdə çıxmaq məcburiyyətində qalır. Mekuli İsmail Kadarenin 1985-ci ildə yazdığı "Elçilər dondu" (alb. Krushqit jane te ngrire) qəhrəmanı Teuta Şkrelinin prototipidir[1]..
Sehadete Mekuli | |
---|---|
alb. Sehadete Mekuli | |
Doğum tarixi | 16 oktyabr 1928 |
Doğum yeri |
|
Vəfat tarixi | 12 noyabr 2013 (85 yaşında) |
Vəfat yeri | |
Uşağı | 2 |
Təhsili | |
Fəaliyyəti | ginekoloq |
Sehadete Doko 16 oktyabr 1928-ci ildə Oxrid (indiki Şimali Makedoniya) şəhərində anadan olub. 1947-ci ildə doğma şəhərindəki orta məktəbi bitirir və daha sonra Skopyedəki Müqəddəs Kiril və Mefodiya Universitetində tibb təhsili alır və 7 yanvar 1954-cü ildə məzun olur. Elə həmin il 1 aprel tarixindən etibarən Sehadete Priştina xəstəxanasında ginekoloq və mamaça vəzifəsində çalışır. 1960-cı ilin martında Belqradda ginekologiya ixtisası alır. 1960-1962-ci illərdə Sehadete Priştina xəstəxanasında Ginekoloji və Doğuş şöbəsinə rəhbərlik edir. 1963-cü ildə siyasi səbəblərdən xəstəxanadan istefa verir və Priştina Sağlamlıq Evində dispanserin (xalq dispanserinin) rəhbəri olur. 1968-ci ilin yanvarında Sehadete Priştina Xəstəxanasında əvvəlki vəzifəsinə qayıdır[2]. Qızların sanitariya məlumatlarını yaxşılaşdırmaq üçün məktəblər və yataqxanalar üçün bir sıra mühazirələr üzərində işləyir.
Priştina Universitetinin açılışından sonra Mekuli 1970-ci ildə meydana çıxan tibb məktəbinin rəhbəri seçilir. 1973-cü ildə Belqrad Universitetində doktorluq dərəcəsini alır və 1976-cı ildə Priştina Universitetində dosent olur. Mekuli Kosovo Həkimləri Dərnəyinin yaradılmasına kömək və “Praxis medica” tibbi jurnalının nəşrinə rəhbərlik edir. 1972-ci ildən etibarən Priştina Universitetinin Tibb Fakültəsindəki ginekoloji klinikasının müdiri işləyir. Mekulinin 31 məqaləsi tibbi jurnallarda dərc edilmişdir.
1981-ci ildə Mekuli albanların Yuqoslaviya daxilində daha çox muxtariyyət tələb etdikləri 1981-ci ildəkı Kosova etirazları zamanı polis tərəfindən yaralanan alban tələbələrə yardım göstərir[3]. Yaralıların müalicəsində "çox canpəşanlıq göstərməkdə" və tələbələrin tələblərini dəstəkləməkdə[4] günahlandırılır. Bu səbəbdən Priştina Universitetindəki professor vəzifəsindən istehfa vermək məcburiyyətində qalır və 1988-ci ilin oktyabrında erkən təqaüdə çıxır. 1989-cu ildə Kosovonun muxtariyyəti ləğv edildikdən sonra klinikanın bütün tibb işçiləri buradan qovulur. 1996-cı ildə Mekuli Teresa Ana xeyriyyə fondu ilə birgə ginekoloji və mamalıq klinikası açır. Bura Kosovanın hər yerindən çox sayda ginekoloqu cəlb edir
Sehadete Mekuli alban şairi Esad Mekuli (1916-1993) ilə evlənir. Onların iki övladı olur. Sehadete Mekuli 12 noyabr 2013-cü ildə Priştinada dünyasını dəyişir[2].