Seher Şeniz

Seher Şeniz (1 mart 1948 - 14 may 1992) - əsl adı Seher Başdaş olan türk aktrisası, rəqqasəsi və modelidir. "Playboy" jurnalında şəkli olan ilk türk aktrisasıdır.

Seher Şeniz
Doğum tarixi
Doğum yeri Türkiyə Türkiyə, İzmir
Vəfat tarixi (44 yaşında)
Vəfat yeri Türkiyə Türkiyə, İstanbul
Dəfn yeri
Fəaliyyəti aktrisa, model[d], rəqqasə
IMDb ID0784353
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Seher Şeniz 1948-ci ildə İzmir şəhərində anadan olmuşdur. 1962-ci ildən başlayaraq türk erotik filmlərinə çəkilməyə başlayır. 1965-ci ildə "Çimərlik gözəli" seçilmişdir. 1966-cı ildə isə "Türkiyə gözəllik yarışması" müsabiqəsində 2-ci yeri tutur. Seher Şeniz 3 dəfə evli olub. Sonuncu nişanlısı erməni əsilli Teknur Kiraz Fransada yaşadığı zaman Şeniz "Mulian Ruj" klubunda rəqqasə olaraq çalışır. Sonradan Türkiyəyə qayıdaraq yenidən erotik janrlı filmlərə çəkilir. Seher Şeniz 1984-cü ildə Mogadon adlı dərmanı qəbul edərək ölümcül vəziyyətə düşür. Lakin ölümdən qurtula bilir. 1992-ci ildə isə morfi və spirti içki qəbul edir. Bu da onun ölümünə səbəb olur. Onu ölümündən sonra İstanbul yerləşən evində tapırlar. Ölməmişdən əvvəl məktub da yazmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]